Qaçdığı deyilən azərbaycanlı gəlin İTTİHAMLARI RƏDD ETDİ (VİDEO+FOTOLAR)

Qaçdığı deyilən azərbaycanlı gəlin İTTİHAMLARI RƏDD ETDİ (VİDEO+FOTOLAR)Türkiyə KİV-ləri Azərbaycanda 10 ilə yaxın çəkən evlilikdən sonra boşanıb bu ölkədə ikinci dəfə ərə gedən Gülnar Daşdəmirovanın dramı haqda yazır.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, Sivas bölgəsinin sakini olan 32 yaşlı İsmail Doğan iki ay əvvəl Kayseridə yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Gülnar Daşdəmirova ilə qohumların tövsiyəsi ilə dini nigah kəsdirərək evlənib. Və çox keçmədən o, azərbaycanlı qadının həyatını kabusa döndərib.

Daha sonra İsmail Doğan hüquq-mühafizə orqanlarına qadının barəsində şikayət edib. G.Daşdəmirovanın onu aldatdığını, 10 ildir rəsmi evli olduğunu və bunu gizlətdiyini, habelə 60 min TL pulunu aldığını bildirib. İ.Doğan iddia edib ki, G.Daşdəmirova ilə dini nigah kəsdirmək istəyəndə qadın evi tərk edib və ondan "müxtəlif bəhanələrlə" aldığı pulları geri qaytarmayıb.

Bu məsələnin mətbuata çıxmasından sonra G.Daşdəmirova da jurnalistlərə danışıb. Qadın göz yaşları içərisində bildirib ki, bu adam yalan deyir. İ.Doğan evlənməzdən əvvəl ona deyildiyindən fərqli olaraq işsiz-gücsüz biridir. Və evlənəndən sonra heç bir səbəb olmadan onu tez-tez təhqir edib, söyüb.Qadın deyir ki, evlənməzdən əvvəl İ.Doğanın qohumları onun işlədiyini, yaxşı qazandığını, habelə dindar olduğunu, "qarışqanı belə incitmədiyini" deyiblər. Həmin vaxt G.Daşdəmirova Azərbaycanda 9 il yarım rəsmi evlilikdən sonra boşanmışdı və qadın bu haqda Doğanın ailəsinə bildirir. Onlar isə deyirlər ki, bu problem deyil. "Səni bəyənmişik, səni istəyirik" deyiblər.

Beləliklə, azərbaycanlı qadın Sivasa gəlin köçür. Bəyin ailəsi toyu 30-40 nəfərlə kiçik kafedə edir. "Əslində mən toy-fian istəmirdim. Normal, rəsmi nigah istəyirdim. Bu adamların 60 min TL pulu vardısa oğullarına normal toy niyə etmirdilər? Kafedə 30-40 adamla toy etdilər"-Gülnar göz yaşları içərisində deyir.

Ərə gedəndən sonra məlum olur ki, İsmayıl Doğan haqda deyilənlərin hamısı yalandır. O, heç yerdə işləmir, səhərdən axşama qədər evdə oturur, axşam iş axtarmaq bəhanəsi ilə evdən çıxır, deyildiyi kimi dindar da deyil. "Mən onu heç cümə namazına da gedən görmədim. Tez-tez məni söyürdü, təhqir edirdi. Heç bir səbəb olmadan. Ağır depressiyaya düşdüm, həkimə apardılar. Pul verməsinlər deyə baldımızın adına qeydiyyata saldırdılar. Həkim dava-dərman yazdı, dərmanları içəndən sonra çənəm titrədi, iştahdan kəsildim. Yatağa düşdüm. Azərbaycana zəng vurub anama baş verənləri danışmaq istədim, telefonu əlimdən aldılar. Birtəhər tualetdə bacıma mesaj yazdım ki, gəlin məni aparın, yoxsa özümü öldürəcəm"-G.Daşdəmirova deyir.Qadın deyir ki, Doğan və ailəsinin onun haqqında yalan iddialar irəli sürməsinə görə şikayət edəcək. O, Azərbaycanda boşanması haqda sənədləri almağa da imkanı olmadığını deyir. "Dedim Azərbaycana aparın, həm boşanmağım haqda sənədi alım, həm isti geyimlərimi gətirim. Çünki Sivas çox soyuq yerdir, qalın paltarlarım da yox idi. Amma imkan vermədilər"- o bildirir.

G.Daşdəmirova Yalovada vəkil tanışı ilə danışdığını və İ.Doğan haqda şikayət edəcəyini deyib. "O, bütün azərbaycanlı qadınlardan üzr istəməlidir"-Daşdəmirova deyir.

Qaçdığı deyilən azərbaycanlı gəlin İTTİHAMLARI RƏDD ETDİ (VİDEO+FOTOLAR)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1351   Tarix: 04 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489