"Əlim də, dizim də zədəli idi" - Dünya çempionu olan idmançımız +Video

"Əlim də, dizim də zədəli idi" - Dünya çempionu olan idmançımız +VideoMacarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 55 kq-da dünya çempionu olan Eldəniz Əzizli final görüşündən sonra mundialdakı çıxışı haqqında danışıb.

"Qafqazinfo" xəbər verir ki, yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib: "Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki istənilən halda, bu, dünya çempionatının finalı idi".

Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: "2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə vardı. Ancaq şükürlər olsun ki, çempion ola bildim. Növbəti hədəfim olimpiya çempionluğudur".

Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin ruhuna ithaf etdiyini də bildirib.

"Əlim də, dizim də zədəli idi" - Dünya çempionu olan idmançımız +Video"Əlim də, dizim də zədəli idi" - Dünya çempionu olan idmançımız +Video"Əlim də, dizim də zədəli idi" - Dünya çempionu olan idmançımız +Video


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 874   Tarix: 27 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740