BBF-in dəstəklədiyi startapçılar Tbilisidə keçirilən beynəlxalq forumda yarışacaqlar

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Welcome Challenge" Qonaqpərvərlik və Turizm Sənayesi üçün İnnovasiyalar üzrə Beynəlxalq Forum keçirilir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Milli Turizm Administrasiyasının dəstəyi ilə keçirilən tədbirdə müxtəlif ölkələri təmsil edən startap şirkətlər və investorlar iştirak edirlər.

Forumda çıxış edən Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze ölkədə turizmin inkişafına böyük önəmin verildiyini bildirib: "Gürcüstan dünyada turizmin ən sürətlə inkişaf etdiyi ölkələrdən biri kimi tanınır. Forum çərçivəsində turizm sahəsində innovvativ həllər və startaplar təqdim olunacaq. Gürcüstan innovasiya və startaplar üçün regional mərkəzə çevrilməkdədir. Forumun bütün iştirakçıları üçün faydalı və uğurlu olacağına inanıram".

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia isə turizmin ölkə iqtisadiyyatının əsas sektoru olduğunu deyib: "Gürcüstanda turizm sahəsində xidmətlərin keyfiyyətinin artırılması istiqamətində proqram hazırlanır. Həyata keçiriləcək layihələr çərçivəsində biz ölkəyə səfər edən turistlərə maksimum rahatlıq təqdim edə biləcəyik".

Azərbaycanı beynəlxalq forumda "Appoll", "Onbranch", "Eco Solutions" və "Ticketsetup" startap layihələri təmsil edir.

"Onbranch" MMC-nin rəhbəri Elçin Əskərov jurnalistlərə açıqlamasında bildirib ki, forum çərçivəsində 15-ə yaxın ölkəni təmsil edən 21 startap layihə arasında yarışma keçiriləcək: "Yarışma zamanı startapçılar layihələri ilə bağlı üç dəqiqəlik təqdimatla çıxış edəcəklər və qalibi münsiflər heyəti müəyyən edəcək. Birinci yer üçün mükafat fondu 10 min dollar təşkil edir".

E.Əskərov deyib ki, foruma qatılmağın əsas məqsədi Gürcüstanda "Onbranch" layihəsini inkişaf etdirmək, Tbilisi və Batumi şəhələrində olan məkanları layihəyə daxil etməkdir: "Forumda iştirakımız əlaqələr yaratmaq və startap layihəyə investorların cəlb olunması baxımından faydalı olacaq".

Startapçılar arasında yarışmanın finalı oktyabrın 25-də keçiriləcək.

Xatırladaq ki, BBF 2015-ci ilin may ayında yaradılıb. Onun əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək, perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

BBF-in dəstəklədiyi startapçılar Tbilisidə keçirilən beynəlxalq forumda yarışacaqlarBBF-in dəstəklədiyi startapçılar Tbilisidə keçirilən beynəlxalq forumda yarışacaqlar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 923   Tarix: 24 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir. AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır. Səfirlikdə

26.06.2019 3329
.

Səyahət zamanı götürməyə ehtiyac olmayan əşyalar

Çətirlər, dəsmallar, əlavə geyim və ayaqqabılar səyahət zamanı özünüzlə götürməyə ehtiyac olmayan əşyaların sırasına daxildir. "Aviasales" xəbər verir ki, ekspertlər təcrübəli turistlərdən çamadanlarında hansı artıq əşyaların olduğunu və növbəti səfərləri zamanı özləri ilə nələri götürməyəcəklərin

29.07.2019 3988
.

Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

2019-cu ilin ilk 10 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını 4,7 milyon sərnişin təşkil edib, bu da son illərin rekord göstəricisidir. Bunun dörd milyondan çoxu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür ki, bu da ötən ilin göstəricisindən 200 min sərnişin çoxdur

12.11.2019 4133
.

"Yanardağ" Qoruğunda qiymət dəyişikliyi - YENİ QİYMƏTLƏR

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari ilin avqus

26.06.2019 2977
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

Azərbaycanlılar niyə Antalyanı seçir?

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. -a istinadən xəbər verir ki, təxminən 350 manatdan başlaya

29.07.2019 3876
.

BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR

Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir v

26.06.2019 3010
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306