Rusiya ermənilərə "Dağlıq Qarabağ Respublikası" doğumlu vəsiqə verdi — Moskvadan HÖRMƏTSİZLİK

Rusiya ermənilərə "Dağlıq Qarabağ Respublikası" doğumlu vəsiqə verdi — Moskvadan HÖRMƏTSİZLİK
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanın ərazi bütövlüyünə qarşı kobud hörmətsizlik və səhvlərə yol verir.

BiG.AZ ölkə.az-a istinadla xəbər verir ki, Rusiya DİN-nin sürücülük vəsiqələri verən müvafiq dövlət orqanı milliyətcə erməni olan vətəndaşlara sürücülük vəsiqəsi verən zaman sözügedən sənəddə doğum yeri kimi "Dağlıq Qarabağ Respublikası" adını qeyd edir.

Bundan sonra da ermənilər həmin sənədləri əllərində əsas kimi göstərərək, özlərini dünyaya "müstəqil Respublika vətəndaşı" kimi təqdim etməyə çalışırlar.

Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı bir neçə diaspor təşkilatları Moskva hökumətinə müraciət etsə də, ancaq məsələ hələ də həllini tapmayıb.
Rusiya ermənilərə "Dağlıq Qarabağ Respublikası" doğumlu vəsiqə verdi — Moskvadan HÖRMƏTSİZLİK

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1246 Tarix: 22.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol