Ranar Musayevdan kəskin ittiham: "Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar..."

Ranar Musayevdan kəskin ittiham: "Təpik atan, dombalaq aşan, dilənçilik edən aparıcılar...""5-ci element" proqramının aparıcısı Ranar Musayev sosial şəbəkədə Azərbaycan televiziyalarının bugünkü vəziyyəti barədə geniş status yazaraq hər kəsi efirdə nümayiş olunan eybəcərliyi boykot etməyə səsləyib.

BiG.AZ xəbər verir ki, aparıcı son illərdə efirlərdə baş alıb gedən özbaşnalıqlara son verilməsi tələbi ilə çıxıb edib. O, həmçinin həmkarlarının yol verdiyi xətalara kəskin etiraz edib:

"Like və şərh xatirinə təpik atan, dombalaq aşan, dilənçilik edən, fırıldaqçılıqla məşğul olan və digər səviyyəsiz aparıcılar, telelayihələr və özlərinə bənzər qonaqları haqqında xəbər yayan saytlar. Eləcə də bu videoları paylaşıb şərh edən insanlar - müraciətim sizədir! Əslində onları tənqid yox təbliğ edirsiniz!

Düşünməyin ki, siz onları tənqidlə, söyüşlə qorxuda bilərsiniz. Yox! Özünə, millətinə hörmət edən heç zaman efirdə bu oyunları çıxarmaz. Deməli, hörmət yoxdur. Tənqid və söyüşünüz isə onlara xoşdur! Çünki efirdə reytinq, sosial mediada isə xəbər qəhrəmanı olmaq xətrinə hər şeyə hazırdıdılar. Onları bu müzakirələrlə tənqid yox, təbliğ edirsiz, məhşurlaşdırırsınız, yaşadırsız, populyarlaşdırırsız. Gələn dəfə sizin diqqətinizi cəlb etmək üçün bundan da betər ssenari hazırlayacaqlar. Siz isə növbəti dəfə onların toruna düşüb paylaşacaqsız. Bu faciədən özümüzü və ətrafımızı qorumalıyıq!

Əgər gələcəkdə övladınızın, cəmiyyətimizin onlara oxşamasını istəmirsizsə, mübarizəyə qoşulun! Hansısa belə bir videoya rast gəldiyiniz zaman baxmayın, baxış sayını artırmayın, şərh yazmayın! Alınmırsa bu barədə yazan saytları, səhifələri blok edin ki, görməyəsiz. Qoy bilsinlər, mənəviyatımızı məhv etmək istəyən şəxs və ya səhifə şəxsən siz tərəfdən öz cəzasını alacaq. Daha doğrusu "unfollow" və blok olunacaq! İnanın, hərədən 1 "unfollow" kifəyət edər ki, bu tip məqalələr, videolar aradan yığışdırılsın! "Unfollow" və ya blok edərkən, inboksa bu addımın səbəbini yazin, bilsinlər!

Televizoru onun üçün söndürmədik ki, indi də sosial medianı zibilləsinlər... Bu mövzular ətrafında hay-küyü öldürməklə, onları diqqət dairəmizdən çıxarmaqla, bu tipdə paylaşımları iqnor etməklə vətənimizi, millətimizi bu dəhşətdən qurtara bilərik. Əks halda bu faciə hər birimizin əksinə işləyəcək. Yeni nəsil bunları görüb yetişir və norma kimi qəbul edir. Çünki, gözünü açandan bu səviyyəsizliyi görür. Övladlarımızın onlara bənzəməsi qaçılmazdır. Amma çıxış yolu var. Mübarizəyə qoşulun! Hər şey çox sadə və asandı. Hazırsız? Onda "Səviyyəsizliyə STOP" boykot kampaniyasina qoşulun! Hamıya uğurlar! Hörmətlə Ranar M."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 738   Tarix: 22 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564