Azərbaycanda əmisi gəlinini qaçıran evli kişinin başına oyun açdılar, ÖLDÜRDÜLƏR (+18 VİDEO)

Azərbaycanda əmisi gəlinini qaçıran evli kişinin başına oyun açdılar, ÖLDÜRDÜLƏR (+18 VİDEO)
Bir neçə gün əvvəl sosial mediada Azərbaycanda əmisinin gəlini ilə qaçan gənc oğlanın ayaqları bağlanmış halda linç edilməsinin görüntüləri yayılmışdı.

Publika.az-ın əldə etdiyi məlumata görə, videodakı gənc artıq öldürülüb.

Belə ki, əldə etdiyimiz məlumata görə, linç edilən gənc Qubanın Tülər kənd sakinidir. O, 5 gün əvvəl əmisinin gəlini ilə qaçıb. Bir müddət əvvəl həyat yoldaşından boşanan şəxs əmisi oğlunun arvadı ilə qaçandan az sonra tapılıb. Gəlinin əri və dostları onları yaxalayaraq kəndə gətirib. Bu zaman onlar 30 yaşlı Şahini (ad şərtidir) kənd yaxınlığındakı sahədə ayaqlarını bağlayaraq linç ediblər. Daha sonra həmin görüntürlər internetdə yayılıb. Dünən isə kənd ərazisində Şahin növbəti dəfə linç edilib və bir qrup şəxs onu araya salaraq vəhşicəsinə döyüb. Bu zaman qarşılıqdan istifadə edən şəxslərdən biri onu bıçaqlayaraq öldürüb.

Artıq faktla bağlı cinayət işi açılıb, saxlanılanlar var.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4664 Tarix: 22.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol