Səudiyyə Ərəbistanından Kaşıkçının cəsədi ilə bağlı açıqlama — Harada olduğu...

Səudiyyə Ərəbistanından Kaşıkçının cəsədi ilə bağlı açıqlama — Harada olduğu...
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr ölkənin İstanbuldakı konsulluğunda öldürülən jurnalistin cəsədi ilə bağlı məlumatsız olduqlarını bildirib.
Nazir Camal Kaşıkçının cəsədinin harada olduğu və necə öldürüldüyü barədə təhqiqatlarının davam etdiyi qeyd edib:

"Jurnalisti öldürənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik. Cəsədin harada olduğu və Kaşıkçının necə öldürüldüyünü müəyyən etməyə çalışırıq. Vəliəhd şahzadənin hadisədən xəbəri yox idi. Jurnalsitin ailəsinə başsağlığı diləyirəm. Törədilən bu hadisə çox böyük səhvdir".
Qeyd edək ki, hadisənin baş verməsindən 18 gün keçsə də, Kaşıkçının cəsədinin tapılmaması müəmma yaradır. Aktivistlər, jurnalistlər və hadisə ilə maraqlanan hamı onun cəsədinin tapılmasını tələb edir. Səudiyyə rəsmiləri isə qismən də olsa, jurnalistin konsulluqda baş verən bir davadan sonra öldürüldüyünü təsdiq ediblər.(ölkə)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 955 Tarix: 21.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol