Balığı avtomobilində asılmış vəziyyətdə daşıyır - VİDEO

Balığı avtomobilində asılmış vəziyyətdə daşıyır - VİDEO
Paytaxt küçələrində bir nəfər balığı avtomobilində asılmış şəkildə daşıyır.

Xezerxeber.az-ın məlumatına görə, kadrları bir nəfər çəkərək votsapp nömrəmizə göndərib. Aydın olur ki, sürücü 2 kq-a yaxın ağırlığı olan balığı avtomobilin yük yerindən asıb. Onun, balığı satış məqsədi ilə bu şəkildə nümayiş etdirdiyi ehtimal olunur.

Uzun müddətdir paytaxtda balıq satışı ilə məşğul olanlar bildirirlər ki, istər satış məqsədi ilə olsun, istərsə də şəxsi istifadə üçün alınan balığın bu şəkildə daşınması yolverilməzdir. Satıcılar, bu şəkildə daşınan balığın bir sıra fəsadlarının ola biləcəyini deyirlər.

Bu, həm də yükdaşıma qaydalarının pozulmasıdır.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı ehtimal edir ki, sürücü həddindən artıq balıq həvəskarıdır. Ona görə də tutduğu balığı bu şəkildə nümayiş etdirmə üsulunu seçib. Amma istənilən halda balığın bu formada daşınması inzibati xətadır.

İnzibati Xətalar Məcəlləsinə görə, belə qayda pozan sürücülər 40 manat cərimə edilməlidir.



Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 567 Tarix: 21.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol