Deputat: Hər bir türk Qarabağ məsələsində dəstəyini göstərməlidir

Deputat: Hər bir türk Qarabağ məsələsində dəstəyini göstərməlidirBugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq.

Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O, bildirib ki, bu gün həm Azərbaycan, həm Türkiyə bır sıra çətinliklərlə üz-üzədir.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən çoxdur ki, işğal, təcavüz faktından, qardaş Türkiyə isə ötən əsrin 80-ci illərinin ortalarından PKK terrorundan əziyyət çəkir, həmçinin, son illər Ərəb dünyasında, Yaxın və Orta Şərqdə yaşanan məlum qanlı olaylarla bağlı PYD, YPG, İŞİD terrorçu qruplaşmaları Türkiyəni hədəf almaqdadır:

"Ona görə də bizim daim bir arada olmağımız, aydınlarımızın, gənclərimizin hər zaman koordinasiyalı şəkildə fəaliyyət göstərməsi lazımdır.

Hər şeyi dövlətdən, dövlət rəhbərlərindən gözləmək olmaz.

Bizlər də öz fəaliyyətimizi ortaya qoymalı, birliyimizə töhfələrimizi verməliyik".

Millət vəkili eyni zamanda, Azərbaycan xalqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün Türk dünyasını, harada doğulub, harada yaşamasından asılı olmayaraq, hər bir türk insanını da buna çağırıb:

"Azərbaycan bizim olduğu qədər Türkiyənin, Türkiyə də Türkiyənin, qardaş türklərin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir.

Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".

Q. Paşayeva həmçinin deyib ki, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır, bu məsələdə Azərbaycana birmənalı dəstəyini verməlidir:

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də Türk dünyası ilə bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.

Bu məsələdə xüsusilə, gənclərimizin üzərinə çox böyük missiya düşür ki, onlar da daha fəal olmalıdırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 335   Tarix: 21 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1337
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 462
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 193
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 318
.

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunara

15:01 0
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 654
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

Elza Seyidcahan Cavanşir Məmmədov haqqında: "Dahi sənətkar idi" - VİDEO

"Çox gözəl insan idi. Məclislər yaraşığı idi". xəbər verir ki, bu sözləri bu gün dünyasının dəyişən Əməkdar artist Cavanşir Məmmədov haqqında danışarkən müğənni, Əməkdar artist Elza Seyidcahan deyib. O vəfat xəbəri barədə məlumatı jurnalistlərdən aldığını deyib. "Evdən çıxırdım ki, jurnalis

14:50 0
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612