Bakıda dəhşətli cinayət: uşağın gözü qarşısında anasının boğazını kəsib öldürdü

Bakıda dəhşətli cinayət: uşağın gözü qarşısında anasının boğazını kəsib öldürdü
Bakıda qətl hadisəsi baş verib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Hüseynov həyat yoldaşı Xoşqədəm Hüseynovanı Bakıda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, həyat yoldaşına bıçaqla boğaz nayihəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 787 Tarix: 21.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol