6 yaşa kimi uşaqların burnuna damcı tökməyin - Qıcolmalar yaradır

6 yaşa kimi uşaqların burnuna damcı tökməyin - Qıcolmalar yaradır
Damardaraldıcı damcılar anaların körpələrin və uşaqların burnuna tökdükləri məşhur vasitədir. Uşaq asqıran, öskürən, soyuqlayan kimi dərhal buruna müxtəlif damcılar alınır.

Nazal damcılar və spreylərin burun daxili şişkinlik, tutulma, tənəffüs çətinləşməsində uşağın vəziyyətini yaxşılaşdıracağına aid sübutlar yoxdur.

Ona görə mütəxxəssislər analara yeni vacib məsləhət verir: 6 yaşa kimi uşaqlara nazal damcılar verməyin, 7-12 yaşlarda isə ehtiyatla tətbiq edin.

BiG.AZ medicina.az-a istinadən bildirir ki, professor Mike Van Driel qripin müalicəsində nazal vasitələrin nə dərəcə rol oynaması barədə kliniki məlumatları araşdırıb.
Böyük yaşlı insanlarda nəticələr göstərib ki, nazal vasitələrlə burundaxili simptomların aradan qaldırılması 3-7 gün ərzində özünü göstərib. Bu zaman digər preparatlar da qəbul olunub. Eyni zamanda xəstələrdə yan əks təsirlər də az olmayıb: yuxusuzluq, baş ağrısı, mədə, həzm pozuntuları. 7 gündən artıq nazak spreyləri istifadə edənlərdə isə xroniki burun tıxanıqlığı yaranıb.
Uşaqlara gəldikdə isə 12 yaşdan kiçik uşaqlarda burun damcılarının effekti barədə kliniki sınaqlar yoxdur. Ona görə əgər bu təcrübələr yoxdursa, 6 yaşa kimi uşaqların burnuna nəsə damcılatmaq ümumiyyətlə olmaz. 6 yaşdan yuxarı isə ehtiyatlı davranmaq lazımdır.

" Bu müalicə metodunun uşaqlarda qrip, soyuqdəymə, burun tutulması zamanı effektiv olması barədə sübut-dəlil yoxdur. Azca yüngülləşmə əvəzinə, əks təsirləri çoxdur. Uşaqların mədə-bağırsağı pozula bilər- deyə araşdırma müəllifləri yazır. Valideynlər bilməlidir ki, 2 yaşa kimi körpələrə belə damar yığıcı damcı spreylər tətbiqi qıcolmalar yarada bilər. Uşaqda üerək döyüntüsü artır, nəbz və təzyiq dəyişir.

Həmçinin ev üsulu türkəçarələr, yağlar, analgetiklər, isti sudan buxara vermək, ekvalipt yağının da uşaqlara tətbiqində faydalar sübut olunmayıb, elmi əsası yoxdur. Bu üsullarla uşağın həyatını təhlükəyə atmış olursuz.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 1191 Tarix: 21.10.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər