Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar

Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar

ABŞ-ın Kentuki ştatının təbiəti mühafizə qurumunun əməkdaşları bildiriblər ki, ikibaşlı mokassin ilanı ştatın Vəhşi Təbiət Mərkəzində ictimaiyyətə nümayiş etdiriləcək.

Qurumdan verilən açıqlamada bildirilir ki, ikibaşlı ilan bu ayın əvvəllərində vəhşi təbiətin qoynunda dünyaya göz açıb.

BiG.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, daha sonra bir ailə ilanı öz həyətində görüb. Ailə ilanı Salato Vəhşi Təbiət Təhsil Mərkəzinə hədiyyə edib.

“Mən 2-3 ildən bir ikibaşlı ilanla rastlaşıram, amma ikibaşlı mokassin ilanını ilk dəfədir ki, görürəm”,- deyə Kentuki Balıqçılıq və Vəhşi Təbiət Departamentinin əməkdaşı Con Makqreqor bildirib.

Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar
Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar
Həyətdə ikibaşlı ilan tapdılar… – Fotolar

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 992 Tarix: 20.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol