"Məni zəhərləyib öldürmək istədilər, dözə bilmirəm" - Mətanət ağladı

"Məni zəhərləyib öldürmək istədilər, dözə bilmirəm" - Mətanət ağladıMüğənni Mətanət Əsədova son vaxtlar ağır günlər keçirdiyini deyib.

Axşam.az-ın məlumatına görə, "Bizimləsən" proqramına gələn ifaçı bildirib ki, sənətdən getmək istəyir. Əsədova onu öldürmək istədiklərini söyləyib:
"Oxumağım mənə düşmən oldu. Məni öldürmək istədilər. Zəhər verdilər, 6 ay səsim batdı. Yeməyimə qatdılar. Kim etdi bildim, amma o, bilmir mən bilirəm. Mənən məni gündə öldürürlər. İndi özümə deyirəm ki, niyə ata-ananın yiyələndirdiyi sənətə getmədim? İstəmirəm bu sənəti. Dözə bilmirəm təpkilərə. Bir işim var, Allah yolumu açsın, sonuncu çıxışımı edib gedəcəm. İmkan vermədilər bu səsi nümayiş etdirim.

İnsanla bu qədər oynamazlar, dözə bilmirəm. Anamın ürəyi partladı öldü. İndi mən də o vəziyyətdəyəm. Bəstəkara deyirəm içimdəkiləri yaz, oxuyum gedim. Məndən yazdılar, verilişlərdə istifadə etdilər. Bir damcı da olsa, xoşbəxt deyiləm. Göründüyüm kimi deyiləm. Hamı mənə kişi kimi baxdı. Özümü qorumaq üçün bu cür oldum. Ürəyim parça-parça oldu, kimin yanında söz dedim gedib başqa cür danışdılar.

Bacım öləndən sonra jurnalistlər, verilişlər məni tanıdı. Səsim var idi axı, ondan əvvəl niyə mənə zəng etmirdiniz?".

Qeyd edək ki, Mətanətin bir müddət əvvəl içki içərkən videosu yayılmışdı. Sənətçi günlərdə sosial şəbəkədə müzakirə obyektivinə çevrilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1521   Tarix: 20 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Klon"un aktyoru oğlu ilə - FOTO

"Klon" serialının məşhur qəhrəmanları Giovanna Antonelli və Murilo Benisionun övladının fotosu yayılıb. Axşam.az xəbər verir ki, ekran işi bitdikdən sonra ailə quran aktyorların övladı Pietro 2005-ci ildə dünyaya gəlib. Pietronun fotosunu Murilo sosial şəbəkədə nümayiş etdirib. Aktyor kadr

27.03.2024 2227
.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 421
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2209
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 8129
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 303
.

Məşhur azərbaycanlı cütlükdən YENİ FOTOLAR

Məşhur cütlük klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu və aktrisa Aysel İbrahimli paylaşım ediblər. xəbər verir ki, Aysel "instagram" hesabında həyat yoldaşı ilə olan yeni fotolarını paylaşıb. Onların səmimi görüntüləri izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

24.03.2024 1229
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 730
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 239
.

Kənan MM çəkiliş zamanı aktrisanı VURDU- VİDEO

Teleməkanın yerli seriallarında olan "Gizli yara"nın çəkilişləri zamanı maraqlı hadisə yaşanıb. -a istinadən xəbər verir ki, ekran işində əsas rolları canlandıran Kənan MM (Mahmudov) ilə Ülfət Bəşirin səhnəsindən olan kadr gündəm olub. İkilinin gərgin anlarını canlandıran səhnədə rejissor aktrisay

26.03.2024 1101