"Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib"

"Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib""Bu gün enerji və neft-kimya sektorunda - "Petkim"də, "Petlim"də, STAR-da, Külək enerji stansiyasında, TANAP-da və digər layihələrdə həyata keçirilmiş sərmayələr Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) Türkiyənin ən böyük xarici investoruna çevirib".

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.

"10 il bundan əvvəl Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə SOCAR şirkəti olaraq Türkiyə neft-kimya sənayesinin nəhəngi "Petkim"in nəzarət-səhm paketini özəlləşdirmə yolu ilə aldıq. Ötən 10 il ərzində "Petkim"ə 100 milyonlarla dollar əlavə sərmayə yatırımışıq. Həyata keçirilən sərmayə proqramları hesabına Türkiyə neft-kimya məhsulları bazarında "Petkim"in payını daha da artırmaq əzmindəyik və işlərin gedişi göstərir ki, bu hədəfə tezliklə çatmaq tam realdır", - R.Abdullayev qeyd edib.

R.Abdullayev xatırladıb ki, 7 il əvvəl - 2011-ci ilin oktyabrında İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu gün açılışını qeyd etdiyimiz layihələrə start verdilər. "Biz ilk dəfə ölkəmizdən kənarda belə böyük bir investisiya proqramını həyata keçirirdik. Bu vəzifəni layiqincə icra etmək üçün bütün qüvvələrimizi səfərbər etdik və qürur hissi ilə qarşınızda məruzə edib bildirmək istəyirəm ki, STAR neft email zavodu istismara hazırdır".

SOCAR prezidenti bildirib ki, STAR neft emalı zavodu müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib: "Bu yatırımlar bizim Aralıq dənizi bazarında mövqelərimizi möhkəmləndirəcək. "Petkim" üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaq. Burada həmçinin neft-kimya sənayesi üçün digər aralıq məhsullar da istehsal ediləcək. Bu da daxili bazarda istehlak olunacaq və həm də ixrac üçün geniş imkanlar yaradacaq. "Petkim" və külək enerji stansiyası layihələri də Türkiyədəki fəaliyyətlərimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən layihələrin tamamlanması bizi çox sevindirir. Amma hər bir tamamlanan layihə gələcəkdə planlaşdırılan layihə üçün təməl rolunu oynayır. Bu məntiqlə yaxın gələcəkdə Petkim yarımadasında yeni Petrokimya kompleksinin yaradılması işlərinə də başlamışıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 445   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880