Siqareti tərgitmək istəyənlərə bioloqlardan ŞAD XƏBƏR

Siqareti tərgitmək istəyənlərə bioloqlardan ŞAD XƏBƏR
ABŞ-ın Kaliforniya ştatında molekulyar bioloqlar və kimyagərlər nikotin asılılığına qarşı yeni vaksin icad ediblər.

Alimlərin yeni vaksini nikotini insan beyninə daxil olmadan əvvəl parçalayır. Təcrübənin nəticələri “Science Advances” jurnalında dərc edilib.

La-Xoyedəki Skripps institutunun alimi Olivye Corc məsələ ilə bağlı deyib:

“Bu, siqaretlə mübarizədə çox perspektivli yanaşmadır. Çünki bu zaman nikotin asılılığından imtina etmək olur və heç bir problem yaranmır. Bizim vaksin beyində yox, qanın tərkibində olacaq. Bu isə onu digər üsullara nisbətən daha təhlükəsiz edir”.
Siqaret çəkənlərin əksəriyyəti bu vərdişi tərgitmək istəsələr də, bir çox hallarda buna nail ola bilmirlər. Tütündən imtina ilə bağlı yaranan xoş olmayan hiss onları yenidən siqaret çəkməyə vadar edir. Alimlər isə uzun illərdir bu işdə onlara kömək olmağa çalışırlar.

İlk təcrübə göstərdi ki, vaksin orqanizmə daxil olan bütün nikotin molekullarını məhv edir. Nəticədə isə siqaret çəkən şəxs narkomanlarla anoloji vəziyyətə düşür. Bu, onun sağlamlığına və psixikasına mənfi təsir edir. Corc və həmkarları NicA2 fermentini aşkar edərək problemi həll etmək qərarına gəliblər. Alimlər fermentin strukturunu dəyişdirərək insan orqanizmi üçün lazımi səviyyəyə gətiriblər.

İlk təcrübə göstərib ki, ferment orqanizmə düşən bütün nikotini məhv edir.

mənbə: olke.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 673 Tarix: 19.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol