Ədəbi dil qaydalarını pozan müğənnilər: Brilyant, Röya, Zülfiyyə... — SİYAHI

Ədəbi dil qaydalarını pozan müğənnilər: Brilyant, Röya, Zülfiyyə... — SİYAHI"İfaçıların nitqində ədəbi dil qaydasının qorunması və dil mədəniyyətinini müəyyən etmək məqsədilə monitorinq apardıq. Şahidi olduq ki, müəyyən səhvlərlə müşahidə olunan nitq, daha çətin və gec dərk edilir".

BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyev "Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi" mövzusunda tədbirdə deyib.

O, bildirib ki, monitorinq zamanı aşıq və klassik musiqi, estrada-pop, rep-meyxana sahələrinin hər biri ayrı-ayrılıqda yoxlanılıb:
"Aparılan monitorinqlərin nəticələri göstərir ki, musiqiçilərin ifasında Azərbaycan dili qaydaları pozulur. Musiqi böyük tamaşaçı auditoriyasını əhatə etdiyindən, nitq mədəniyyətinə təsir göstərmək imkanına malikdir. Bunları nəzərə alaraq ifaçılar ədəbi dil qaydalarına daha həssas yanaşmalıdırlar".

Mütəxəssis qeyd edib ki, ifaçıların dilində ən böyük səhv dialekt sözlərdən istifadə qaydalarıdır: "Orfoepiya qaydalarının pozulmasına da çox rast gəlinir. Hətta mahnılarda vulqar sözlərdən də istifadə olunur. Xarici sözlərdən, xüsusilə meyxanalarda rus sözlərindən istifadə edilməsi dilimizin qaydalarını daha çox pozur".

N.Qaziyeva deyib ki, müğənnilərin düşüncəsinə görə, söz necə yazılıbsa, elə də deyilməlidir: "Sözü yazıldığı kimi oxuyaraq özlərini savadlı göstərmək istəyirlər, amma ciddi dil qusurlarına yol verirlər".

N.Qaziyeva qeyd edib ki, monitorinq zamanı bir çox ifaçıların nitqi yoxlanılıb. Mütəxəssisin sözlərinə görə, aşıqlar daha çox dialekt sözlər işlədirlər: "Məsələn, aşıq Telli Borçalı "mənə" sözü əvəzinə "mana" deyir, aşıq Əli "nöşün" və s. Muğam ifaçısı Elnarə Abdullayeva bəzi ifalarında "qadoy alım" sözünü işlədir. Eyyub Yaqubov Bakı şivəsində olan sözlərdən çox istifadə edir. İlqar Sailin də ifasında şivə və dialekt sözlər müşahidə olunur. Məsələn: "təsviri qoy kənarə", "qədeş".

Röya, Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, Rəqsanə, Gülyanaq və Gülyaz Məmmədovaların və başqalarının dil qayadalarına düzgün əmməl etməmələri də, müəyyən edilib. İfaçılar daha çox vurğunu düzgün işlətmir, uzun saitləri qısa səsləndirir, ehtiyac olmadığı halda sözə əlavə sait artırırlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1419   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1254
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 974
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23.04.2024 1142
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1233
.

Toydan sonra alma sirkəsi ilə çimdiklərini açıqladı

Üçüncü dəfə ailə quran türkiyəli aparıcı Burcu Esmersoy nəzərə gəldiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu səbəbdən aparıcı Nazım Akmandillə ailə qurduqdan sonra pis gözlərdən qorunmaq üçün sirkəli su ilə çimdiklərini etiraf edib. "Sirkəni çox sevirəm. Bəzən ərimin üstünə də tpkürəm. Toyda

21.04.2024 877
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2251
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21.04.2024 904
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1040
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 510