Dövlət Agentliyindən BİABIRÇI SƏHV: "Azərbaycanı kiçiltdi" - FOTO

Dövlət Agentliyindən BİABIRÇI SƏHV: "Azərbaycanı kiçiltdi" - FOTO

Dünən Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammitində xoşagəlməz hal yaşanıb.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, sammitdə tədbir iştirakçıları xoş olmayan halla qarşılaşıblar. Belə ki, tədbirə dəvət olunan xarici qonaqlara paylamaq üçün nəzərdə tutulan broşürlərin üzərində Azərbaycan sözündə "A" hərfi kiçik şriftlə yazılıb. Tarixi abidələrimiz haqqında ingilis dilində təqdim edilən braşürlərdə bölgələrin və tarixi abidələrin adı böyük şriftlə, ölkəmizin adı isə kiçik hərflə qeyd olunub.

Qeyd edək ki, Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak etdiyi sammitdə paylanılan braşürlərdə bu cür səhvə yol verilməsi haqlı narazılıqlara səbəb olub.
Dövlət Agentliyindən BİABIRÇI SƏHV: "Azərbaycanı kiçiltdi" - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 539 Tarix: 19.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol