Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏY

Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏYXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) açılış mərasimi keçirilir. Ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur.

Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu "Técnicas Reunidas" (İspaniya), "Saipem" (İtaliya), "GS Engineering & Construction Corp" (Cənubi Koreya) və "Itochu" (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb.

Bəs bu layihədən Azərbaycan və Türkiyə nə qazanacaq?

STAR zavodu SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu layihə şirkətin biznes portfelini şaxələndirmək məqsədilə xaricdə həyata keçirdiyi layihələrdən biridir.

Enerji üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə "Report"a bildirib ki, zavodun ilk 5 ildə hər il 852 mln. dollar, növbəti 10 ildə isə 613 mln. dollar gəlir gətirəcəyi proqnozlaşdırılır. Onun sözlərinə görə, bu da, öz növbəsində Azərbaycan iqtisadiyyatına böyük töhfə olacaq və ölkəyə xarici valyuta axınını təmin edəcək.

SOCAR-ın gəlirləri artacaq

Müəssisədə "Ural", "Azeri Light" və "Kərkük" neft növləri emal ediləcək. Bu il avqustun 3-də STAR-da emal olunmaq üçün ilk xammal qəbul olunub. "Absheron" adlı tankerlə 80 min ton həcmində "Azeri Light" markalı ilk xam neft yükü çatdırılıb, sınaq məqsədilə emal həyata keçirilməyə başlanılıb. Zavod 2019-cu ilin yanvar ayından tam istehsalat gücündə çalışacaq.

Bu il sentyabr ayında Rusiyanın "Rosneft" şirkəti ilə imzalanan müqaviləyə əsasən, dekabr ayından etibarən 1 il ərzində STAR-ın 1 mln. ton Rusiya neft ilə təchiz olunması nəzərdə tutulur.

E.Axundzadə xatırladıb ki, zavodda emal olunacaq xam neft SOCAR-ın ticarət qolu olan "SOCAR Trading" şirkəti tərəfindən təmin ediləcək.

"Dolayısı ilə "SOCAR Trading", STAR NEZ, "Petkim" və "Petlim" öz aralarında güclü sinerji yaradaraq SOCAR-ın gəlirlərinin optimallaşmasına səbəb olacaq, bu da gələcək illərdə Azərbaycan iqtisadiyyatına milyardlarla mənfəət gətirəcək. Yəni, layihənin məcmu faydası əslində daha çox hiss olunacaq".

Layihədən "Petkim" də udacaq

STAR həm də əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan "Petkim"i xammalla təmin edəcək.

E.Axundzadə qeyd edib ki, STAR layihəsi "Petkim"in gəlirlərinə də müsbət təsir edəcək."Petkim"in əsas xammal ehtiyacı olan nafta STAR zavodundan təmin ediləcək. Bununla da, "Petkim"in həm idxalından olan asılılığı, həm də nəqliyyat xərcləri aradan qalxacaq və "Petkim" ucuz xammal ilə təmin olunaraq bazarda rəqabət üstünlüyünü artıracaq. Bu da, təbii olaraq "Petkim"in gəlirlərinə müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.

Türkiyənin Enerji Bazarları və Siyasəti İnstitutunun direktoru Volkan Özdemir də "Report"a bildirib ki, STAR-ın ən böyük faydasından biri "Petkim"i xam maddə ilə təmin etməsidir: "Tüpraş" "Petkim" neft-kimya kompleksinin xam maddəsi olan nafta istehsal edə bilmədiyinə görə, "Petkim" bu maddəni idxal edirdi. STAR zavodunun istehsala başlamasından sonra "Petkim" naftanı artıq idxal etməyəcək, birbaşa zavoddan alacaq".

O, həmçinin qeyd edib ki, STAR zavodu Türkiyədə uzun müddətdən sonra ağır sənaye sahəsinə ilk investisiyadır və bu baxımdan çox önəmlidir.

STAR-da ildə 1,6 mln.ton nafta istehsalı nəzərdə tutulur. Hazırda "Petkim" üçün nafta tam olaraq idxal edilir, STAR zavodu işə düşdükdən sonra isə birbaşa zavoddan boru xətti ilə nafta alınacaq.

"Petkim Holding"in rəhbərliyinin də bildirdiyinə görə, STAR-ın fəaliyyəti "Petkim"ə ildə 100 mln. dollar məbləğində əlavə mənfəət gətirəcək. Bu məbləğin 60 mln. dolları logistik üstünlüklər, 40 mln. dolları isə ortaq xidmətlər və ortaq infrastruktur hesabına əldə ediləcək.

STAR-ın Türkiyə iqtisadiyyatına faydası - cari kəsir 1,5 mlrd. dollar azalacaq

STAR Türkiyə tarixində özəl sektorun tək nöqtəyə ən böyük investisiyası, 1984-cü ildən bəri ölkədə inşa olan ilk neft emalı zavodudur. Müəssisə "Petkim"i xam maddə ilə təmin etməklə yanaşı, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, cari kəsirin azalmasına hər il 1,5 mlrd. dollarlıq töhfə verəcək. Zavod istismara verilməklə Türkiyənin neft məhsullarına olan tələbatının 25%-dən çoxunu təmin edəcək.

Neft emalı məhsullarının idxalı azaldacaq

STAR-da istehsal ediləcək məhsullar Türkiyənin idxalını azaltmağa yönəlmiş məhsullar olacaq.

Türkiyənin "Sözçü" qəzetinin jurnalisti, iqtisadçı-ekspert Taylan Büyükşahin bildirib ki, STAR zavodu Türkiyə iqtisadiyyatı üçün olduqca vacib layihədir.

O, Türkiyədə neft-kimya və neft-emalı müəssisələrinin çatışmadığını, SOCAR-ın bu zavodunun Türkiyənin idxalını azaltmağa yardım edəcəyini qeyd edib. "Buna görə də STAR zavodu Türkiyə üçün strateji əhəmiyyətə malikdir. Türkiyənin xarici ticarətində kəsiri yüksəkdir və bu kəsirin böyük hissəsi enerji idxalı ilə bağlıdır".

Onun fikrincə, Türkiyə iqtisadi artım çərçivəsində idxal edilən məhsulları istehsal etmək üçün işlər görür: "STAR-ın istehsal edəcəyi məhsullar da Türkiyənin idxalının azalmasını, digər deyimlə valyutasının ölkədə qalmasını təmin edəcək. Bu layihə son vaxtlarda iqtisadi baxımdan çətin dövrdən keçən, məzənnəyə bağlı olaraq inflyasiya artımı yaşanan Türkiyəyə mənəvi cəhətdən də dəstək olacaq".

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq.

2017-ci ildə Türkiyədə dizel yanacağı istehlakının həcmi 24 mln. ton təşkil edib, 2019-cu ildə isə istehlakın 25 mln. ton olacağı gözlənilir. STAR zavodu 5 mln. ton dizel yanacağı istehsal etməklə ümumi istehlakın 20%-ni təmin edəcək.

Ötən ilki istehlakın 10,5 mln. tonu daxili istehsal, tələbatın 13 mln. tonu idxal hesabına ödənilib, yəni keçən il istehlak edilən dizel yanacağının 50%-dən çoxu idxal olunub. STAR istehsalla bu məhsulun idxal faizini 40%-dən aşağı salacaq.

STAR-ın Türkiyənin təyyarə yanacağı ehtiyacını isə tam təmin edəcəyi gözlənilir. İstanbulda yeni Hava Limanının açılması və turizm sektorundakı artım səbəbindən Türkiyənin təyyarə yanacağı istehlakının sürətlə artacağı proqnozlaşdırılır. STAR zavodu illik 1,6 mln. tonluq istehsalla Türkiyənin təyyarə yanacağına olan tələbatını ödəyəcək.

Türkiyədə ildə 3,7 mln. ton LPG istehlak edilir və bunun da 80%-i idxal olunur. STAR zavodu istismara verildikdən sonra idxal faizi 70%-ə düşəcək. Bunları nəzərə alaraq, STAR zavodunun Türkiyənin xarici ticarət balansındakı cari kəsirini 1,5 mlrd. dollar azaldacağı proqnozlaşdırılır.

Zavod həm də məşğulluq səviyyəsinin artırılması baxımından önəmli rola malikdir. Zavodun inşa edildiyi dövrdə buradakı işçilərin sayı 19 500 nəfərə çatıb. Zavod işə düşdükdən sonra isə burada 1 100 nəfər çalışacaq.

Real sektorun ən uzun müddətli krediti

2014-cü ilin iyun ayında "SOCAR Turkey Enerji" şirkəti İzmirdə 23 kommersiya bankı ilə STAR-ın tikintisi layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişləri imzalayıb. Bu, Türkiyənin real sektoru tarixinin ən böyük və ən uzunmüddətli maliyyələşdirmə sazişidir. 6,3 mlrd. dollarlıq layihənin 3,3 mlrd. dollarlıq hissəsi kreditlər, qalanı hissəsi isə daxili mənbələr hesabına həyata keçirilib. Layihə "İlin ən yaxşı layihə maliyyələşməsi", "Ən yaxşı idxal maliyyələşmə" mükafatlarını qazanıb.

Türkiyə və Azərbaycan arasında dostluğu daha da möhkəmləndirəcək

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Emre Özgür bildirib ki, STAR zavodu Türkiyədə enerji və neft sektorunun inkişafına, həmçinin Türkiyə və Azərbaycan arasındakı qardaşlıq və dostluğun daha da möhkəmlənməsinə töhfə verəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 382   Tarix: 19 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

24.04.2024 1092
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 237
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

24.04.2024 141
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 605
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 128
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 181
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419