Ata Nurməhəmmədov Makqreqoru oğlunun evinə dəvət etdi

Ata Nurməhəmmədov Makqreqoru oğlunun evinə dəvət etdi

UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədov Konor Makqreqoru Dağıstana - oğlunun evinə dəvət edib.

BiG.AZ oxu.az-a istinadən verdiyi xəbərə görə, bunu ata Nurməhəmmədov “Facebook”da canlı yayım zamanı deyib:

“Hər şeyi bağışlayıram. Ürəyiyumşaq olmaq lazımdır”.

Həmçinin böyük Nurməhəmmədov Makqreqoru Dağıstanda keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına dəvət edib. Bu yarış dekabrın 15-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək. Əbdülmanaf bildirib ki, onu o yarışda fəxri qonaq qismində görməkdən şad olarlar.

Sonda Əbdülmanaf Nurməhəmmədov fərqli ölkələrdə məşqçi işləyən sabiq yetirmələrindən yarışa güclü komandalar gətirmələrini xahiş edib.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 555 Tarix: 19.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol