Bakıda qadını liftdə bıçaqladı: "Arxamca liftə soxularaq üstümə hücum çəkdi" - VİDEO

Bakıda qadını liftdə bıçaqladı: "Arxamca liftə soxularaq üstümə hücum çəkdi" - VİDEO"Mən bloka daxil olub, liftə mindim. Bu zaman bibim oğlu mənim arxamca liftə soxularaq, mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, bəlkə də mən ölmüşdüm".

BiG.AZ xəbər verir ki, bu sözləri musavat.com-a bibisi oğlu tərəfindən bıçaqlanan Qarayeva Qəmər Vaqif qızı deyib.

O, deyib ki, bibisi oğlu Cəfərov Elyas Azər oğlu tərəfindən bıçaqlanandan sonra əməliyyat olunub.

30 yaşlı Qəmər Qarayevə bibisi oğlu ilə pul üstündə mübahisə etdiklərini bildirib:

"Bu il avqust ayının 18-də yaxın qohumumun toyunda iştirak edirdim. Həmin toyda bibim oğlu Elyas da var idi. Toyda bibim oğlu ilə mübahisəmiz düşdü. Mübahisəyə səbəb isə atamın onun vasitəsilə Rusiyadan mənə göndərdiyi 500 dollar idi. Həmin pulu vermədi. Toy bitdikdən sonra bibim oğlu öz maşını ilə məni "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı evimə apardı.

Maşında yoldaşı və oğlu da var idi. Mən maşından düşərkən yenə ondan atamın göndərdiyi pulu istədim. Mübahisəmiz yenidən başladı. Bir-birimizə qarşılıqlı söyüşlər söydük. Cibindən 100 dolları çıxarıb üstümə atdı və bundan artıq verməyəcəyini dedi. Bu zaman mən onu acıladım, atama şikayət edəcəyimi dedim. Daha sonra mən bloka daxil oldum, liftə mindim.

Bibim oğlu da içkili vəziyyətdə idi. O, mənim arxamca liftə soxularaq üstümə hücum çəkdi. Mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, mən qışqırmasaydım, bəlkə də ölmüşdüm. O, liftə tam girmədiyindən qapılar onu sıxdı. Məcbur çıxmalı oldu. Mən qanlar içində liftdə qaldım.

Bütün bunlar təqribən gecə 1 radələrində baş verdiyindən ətrafda heç kim yox idi. Köməksiz vəziyyətdə qalmışdım. Birtəhər evə qalxa bildim. Qanaxmam o qədər çox idi ki, huşumu itirirdim. Sürünə-sürünə birtəhər evə çata bildim. Anam tez təcili tibbi yardım çağırdı. Xəstəxanaya çatdırıldım və açıq əməliyyata götürdülər".

Zərərçəkən deyib ki, Elyas Cəfərov barəsində istintaq getdiyi halda o, ölkəni tərk edib:

"Məni bıçaqladıqdan 20 gün sonra Elyas Cəfərov ölkəni tərk edərək, Rusiyanın Moskva şəhərinə getdi. Mən başa düşə bilmirəm ki, bu, necə baş verir? Ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, yəni xuliqanlıqla bağlı cinayət işi açılıb. Amma mən bıçaqlanmışam.

Mən zərərçəkmiş kimi tanınsam da, ifadəm alınsa da təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmayıb. Onun ölkədən çıxışı barədə qadağa olduğu halda hazırda Moskva şəhərindədir. Məni bıçaqlayan bibim oğlu iddia edir ki, guya mən özüm-özümə xəsarət yetirmişəm. Bu yolla qohumumu şərləmək istəyirəm. Onu da deyim ki, bibim oğlunun həyat yoldaşı "vatsapla" mənə mesaj yazaraq, şikayətimi geri götürməyimi xahiş eləyib.

Hətta məsələnin bağlanması üçün mənə pul da təklif edib. Lakin mən bunun qanunla həll olunmasını və bibim oğlunun cəzalandırılmasını istəyirəm. İşin ədalətli şəkildə araşdırılmasını tələb edirəm. Artıq bununla bağlı aidiyyatı qurumlara da müraciət hazırlamışam. Xətai Rayon Prokurorluğunda və Başı Şəhər Prokurorluğunda qəbulda olmuşam".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1488   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

15:32 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0