Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı ARTIB - STATİSTİKA

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı ARTIB - STATİSTİKAAzərbaycanda qeydiyyatda olan psixi xəstələrin sayı artıb.

BiG.AZ xəbər verir ki, Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən, 2017-ci ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı 100.806 nəfər olub. Bu say 2016-cı ildə 96.848 nəfər, 2015-ci ildə 96.079 nəfər olub.

Ölkədə əhalinin hər 100.000 nəfərinə düşən psixi xəstələrin sayı 2017-ci ildə 1.030,9 nəfər, 2016-cı ildə 999,5 nəfər, 2015-ci ildə 1.002,3 nəfər olub.

Ölkədə ilk dəfə qoyulmuş psixi pozuntu və davranış pozuntuları diaqnozu ilə qeydə alınmış xəstələrin də sayı çoxalıb. 2017-ci ildə 10 281 nəfər, 2016-cı ildə 10 058 , 2015-ci ildə 7 764 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulub.

Psixi pozuntular və davranış pozuntuları uşaqlar arasında da artıb. 2017-ci ildə 2.889, 2016-cı ildə 2.187, 2015-ci ildə 1.739 uşaqda psixi pozuntular və davranış pozuntuları qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor, psixiatr Gəray Gəraybəyli Trend-ə bildirib ki, bu gün uşaqlar arasında psixi və davranış pozuntularının artımı hiperinformasiya axını, yəni informasiya bolluğu ilə əlaqəlidir.

Onun sözlərinə görə, uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan bir çox faktorlar var. Lakin onların arasında hiperinformasiyanı, informasiya çoxluğu faktorunu ilkin səbəb hesab etmək olar:

"Bu gün 5-ci sinfin riyaziyyat proqramı mənim oxuduğum dövrün proqramından tam fərqlidir. Bu, təbiidir. Çünki bu gün 21-ci əsrdir, tədris sistemi inkişaf edib. Lakin uşaqlar arasında psixi və davranış pozuntularının yaranmasına səbəb olan ən əsas amil hiperinformasiya axınıdır. Hiperinfoprmasiyaya internet oyunları da aiddir".

İnternet oyunlarının psixikaya olan mənfi təsirindən danışan G.Gəraybəyli qeyd edib ki, kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya bilavasitə mənfi təsir edir.

Onun sözlərinə görə, özünəqapanma, sosial əlaqələrin pozulması, audistik təfəkkürə meyllilik, əhval-ruhiyyənin qeyri-sabit olması, tez özündənçıxma, əsəbi gərginlik, yuxu pozuntusu - bunlar hamısı həmin vəziyyətdən irəli gəlir.

G.Gəraybəyli hesab edir ki, fiziki aktivliyin artırılması, idman etmək, açıq havada gəzmək, düzgün qidalanmaq bu problemləri bir qədər nizamlaya bilər:

"İnformasiya texnologiyaları sahəsi üzrə məşğul olanlar mənim bu fikrimdən narazıdırlar. Ancaq mən belə hesab edirəm ki, uşaqlar üçün olan kompüter oyunları müəyyən mənada nizamlanmalıdır. Kortəbii, saatlarla kompüter oyunları ilə məşğul olmaq psixikaya, xüsusilə uşaqların psixikasına bilavasitə mənfi təsir edir. İnsan canlı ünsiyyətdən aralanır. Mən dəfələrlə şahidi olmuşam ki, məclislərdə cavan uşaqlar – bibioğullaru, dayıoğullaru, xalaqızları və s. oturub bir-birləri ilə danışmaqdansa, hərəsi bir tərəfdə telefonla oynayır. Mən bir məclisdə artıq dözməyib dedim ki, siz bir-birinizi axırıncı dəfə nə vaxt görmüsünüz? Deyir, təxminən il yarım əvvəl. Deyirəm ki, necə olur ki, il yarımdan sonra sizin birinizin söhbət etməyə bir mövzunuz yoxdur, qapanmısınız o telefonlara".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 902   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874