Siqaretlə şəkli yayılan azərbaycanlı futbolçu: Bu, dörd il əvvəl olub

Siqaretlə şəkli yayılan azərbaycanlı futbolçu: Bu, dörd il əvvəl olub"Sumqayıt" futbol klubunun oyunçusu Xəyal Nəcəfov "Instagram" profilində əlində siqaretlə şəklini yerləşdirib.

Oxu.Az bu məsələ ilə bağlı 20 yaşlı futbolçudan fikirlərini öyrənib.

Gənc yarımmüdafiəçi profilinin oğurlandığını bildirib:

"Profilim iki gün bundan əvvəl oğurlanıb. Bu profili öz nömrəmlə açmışdım. Artıq nömrə və email dəyişdirilib. Ona görə öz hesabıma telefonumla daxil ola bilmirəm. Kim tərəfindən oğurlandığını bilmirəm".

Futbolçunun profilində şəxsi yazışmaları da "screen" edilərək paylaşılıb. Lakin Nəcəfov bildirib ki, bu yazışmalar ona aid deyil:

"Profilimi oğurlayan adam kimdirsə, o, özü başqa profillərdən "direct"ə yazır. Özü yazır, özü də cavablayır. Sonra da "screen" edərək paylaşır ki, guya mən oğlanlarla yazışıram".

Gənc yarımmüdafiəçi siqaretlə çəkdirdiyi şəklin keçmişə aid olduğunu bildirib:

"Bu hadisə 2014-cü ildə olub. Onda bir uşağın ad günü idi, ora yığışmışdıq. Heç onda siqaret nə olduğunu bilmirdik, 16 yaşım vardı, uşaq idim. Bu şəkli heç vaxt "Instagram"da yerləşdirməmişəm. Sadəcə, o şəkli çəkən adam mənə 2014-cü ildə "direct"ə göndərib. Profilimi oğurlayan da oradan götürərək bunu paylaşıb.

Amma razılaşıram ki, siqaretlə şəklimin olması yaxşı hal deyil. Yaxşı hal olsa, heç şəklin ictimailəşməsi vecimə olmazdı... Bu profilin bağlanması üçün səhifələrə ağız açmışam, məktub yazmışam. Mənə deyiblər ki, 24 saat ərzində silinməlidir".

Sonda onu da qeyd edək ki, bu futbolçu yaxınlarda "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov tərəfindən cəzalandırılaraq, ikinci komandaya göndərilmişdi. O, ötən mövsüm "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abbasov tərəfindən cəzalandırılıb və 21 yaşadək millimizin baş məşqçisi Rəşad Sadıqov tərəfindən xəbərdarlıq alıb. Onun bu qışda klubdan göndəriləcəyi deyilsə də, futbolçu beş gün əvvəl "Zirə" ilə yoxlama görüşündə meydanda olub.

Siqaretlə şəkli yayılan azərbaycanlı futbolçu: Bu, dörd il əvvəl olub


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1141   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20.03.2024 308
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24.03.2024 207
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26.03.2024 302
.

Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar

İdman gimnastikasının tamblinq növü üzrə Azərbaycan millisi Qazaxıstanın Almatı şəhərində keçirilən turnirdə 6 medal qazanıb. "Report" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər. Fərdi mübarizəd

23.03.2024 200
.

Messini görməyənlər təzminat alacaq

"İnter Mayami" ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar. "Qafqazinfo" xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır. Azarkeşlə

19.03.2024 397
.

Messi ərəb brendinin siması oldu - VİDEO

Dünya şöhrətli futbolçu Lionel Messi Səudiyyə Ərəbistanında geyim brendinin reklamına çəkilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bein.Sports" məlumat yayıb. Belə ki, Argentina millisinin və "İnter Mayami"nin hücumçusu "Sayyar" brendinin siması olub. Bu şirkə

13.03.2024 455
.

"Ehtiyac yaransa, bu addımı atacağıq" - Qurban Qurbanov

"Bakıdakından daha yaxşı oynamağa çalışacağıq". BİG.AZ "İdman və biz"ə istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları "Bayer" ilə cavab matç üçün Almaniyaya yollanarkən Heydə

12.03.2024 661
.

Ronaldu Ramazanla bağlı reklama çəkilib - VİDEO

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldu Ramazanla bağlı reklama çəkilib. "Mən bunu sevirəm, Ramazan-Kərim", - futbolçu videoçarxı paylaşaraq qeyd edib

11.03.2024 686
.

"Bayer" belə ələ salındı - Foto

"Qarabağ" klubuna "Bayer"lə oyunda edilən hakim haqsızlıqları barədə paylaşım edilib. "Qafqazinfo" xəbər verir ki, bunu dünyaca məşhur "Troll Football" futbol səhifəsi paylaşıb. Belə ki, səhifədə, - "Bayer Leverkusen"in köməyə ehtiyacı var və o an hakim"

15.03.2024 599