Azərbaycanlı məmurun 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTOLAR

Azərbaycanlı məmurun 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTOLARBir neçə gün əvvəl virtualaz.org unikal videoyazı paylaşmışdı.

Videodan görünürdü ki, Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlı özünün, dəyəri 150 min dollara yaxın olan 10 SN 003 nömrəli göy idman "Porsche"sində idarənin həyətinə necə girir. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli şəxs kimi, hökumət nömrəli "Range Rover" müşayiət edir. Rüfət Aslanlı öz "sportkar"ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir...
Azərbaycanlı məmurun 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTOLARÜmumiyyətlə, bu məmurun marazmatik narsizmə çatan həddən artıq şöhrətpərəstliyi haqda Azərbaycanda çoxdan söz-söhbət gəzirdi. Hələ bir il əvvəl yerli KİV Grand Vin de Bordeux şirkəti tərəfindən xüsusi olaraq Rüfət Aslanlı üçün istehsal edilmiş Maison (Mezonu) fransız şərab butulkası haqda yazı dərc etmişdi. Demə, o, nadir və kolleksiya şərablarının böyük bilicisi imiş. Adını daşıyan şərabın butulkası qraf de Lafer Aslanlıya beş min avrodan az olmayan məbləğə başa gəlmişdi...

R.Aslanlının hədsiz ambisiyalarını orta əl məmurunun orta əsr aristokratiyasını yamsılayan şəxsi ailə gerbi yaratması da təsdiq edir. R.Aslanlının şərabının etiketini nərdivana dırmaşan gənc şirin təsvir olunduğu həmin gerb bəzəyir.

Rüfət Aslanlının korrursiyaya qurşandığına və cah-calala sevgisinə virtualaz.orq-a məlum olan yeni faktlar da şahidlik edir: internetdə əlçatan bütün rəsmi şəkillərdə bu məmurun qolunda dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar var.
Azərbaycanlı məmurun 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTOLARVirtualaz.org- un redaksiyası ekspertlərin köməyi ilə kiçik araşdırma aparıb və aydınlaşdırıb ki, Rüfət Aslanlısının təkcə ictimaiyyətə nümayiş etdirdiyi saatların ümumi dəyəri milyonlarla dollarla ölçülür.

CBS telekanalına müsahibələrinin birində məmur kamera qarşısına Parmigiani Fleurier Kalpa-nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxmışdı.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda Tourbillon-un 200 min dollar dəyəri olan saatını görmək olar.

Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında Patek Philippe Nautilus-un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. Rüfət Aslanlının Vacheron Constantin Perpertual-dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır...

Şübhəsiz, bu gün lüks saatlar onların sahibinin sosial statusunun markeri funksiyasını yerinə yetirir. Bahalı saat bahalı maşın kimi, hakimiyyətin və onun imkanlarının statusunun simvoluna çevrilib. Halbuki mədəni ölkələrdə belə şeylərdən çoxdan imtina ediblər. Bütün bunlar orada zövqsüzlüyün və Allahlıq iddiasının əlaməti hesab edilir.

Azərbaycanlı məmurun 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTOLARBu yerdə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun vaxtilə ABŞ-da lobbi fəaliyyətini həyata keçirən oğlu Anar Məmmədovla bağlı bir hadisəni xatırlatmaq yerinə düşərdi. Azərbaycan-Amerika İttifaqı təşkilatının başçısı olaraq, bir dəfə o, əfsanəvi senator Con Makkeynlə görüşməli imiş. Bu cavan da cah-calala və çox bahalı saatlara sevgisi ilə məşhur idi. Əhəmiyyətli görüşdən əvvəl tanıyan insanlar nazir oğluna məsləhət görüblər ki, öz bahalı saatını çıxarsın və əvəzinə 20-30 dollarlıq adi bir saat taxsın. Məsələ ondadır ki, senator Makkeyn cah-calalın nümayişinin istənilən formalarına ikrahla yanaşırdı.

Amma Anar Məmmədov məsləhətləri, tövsiyələri dinləməyib. Və... uzun sürməyən görüşdən sonra senator "bu məmur oğlunu" bir daha onun yanına buraxmamaq barədə göstəriş verib.
Azərbaycanlı məmurun 200 min dollarlıq qol saatı, 150 minlik maşını - FOTOLARBəli, bahalı saatlar sahibləri ilə qəddar zarafat edə bilərlər. Xüsusilə əgər onların əldə olunmasına xərclənən pulların mənşəyini izah edə bilmirlərsə. Maraqlıdır, Rüfət Aslanlı bunu edə bilərmi? Çünki ədalətli sual yaranır: orta əl məmurunda milyonlarla dollarlıq saat kolleksiyası haradandır? Özü də ölkənin maliyyə sektorunun böhrandan sonra təzəcə düzəlməyə başladığı bir dönəmdə!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2747   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Qəzzada ölənlərin sayı 32490-a çatıb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 32490-a çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 173 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail qüvvələrinin Qəzza zolağına son 24 saatda təşkil etdiyi hücumlard

27.03.2024 202
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343