Saakaşvili qətldə suçlanır

Saakaşvili qətldə suçlanır
“İş adamı, milyarder Badri Patarkasişvilinin qətlinə hazırlığa sanksiyanı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili verib”.

Prokurorluq güman edir ki, Patarkasişvilini dərhal ölümə səbəb olan maddə ilə zəhərləyiblər: “Məhkəmənin qərarı ilə sabiq məmurlar, DİN-nin əməkdaşları N.M., L.K. və R.Ş. xüsusi ağırlaşdırıcı hallarda qətl hazırlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə suçlanaraq tutulublar”.

M.Saakaşvilinin müxalifi olmuş iş adamı B.Patarkasişvili 2008-ci ilin fevralın 12-də, İngiltərənin Surrey qraflığındakı Lezerhed şəhərində olan evində vəfat edib.

Britaniya polisi ilk əvvəl ölümü şübhəli saysa da, sonradan Patarkasişvilinin ürəktutmadan vəfat etdiyini bildirib.

Ölümündən bir neçə ay əvvəl B.Patarkasişvili Gürcüstanda prezident seçkilərinə qoşulmaq niyyətini açıqlamışdı.

mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 506 Tarix: 17.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol