Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"

Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"Anam məni bətnində daşıyırdı. Düşünmüşdülər ki, ailədə qız və oğlan övladı var. Fəhlə ailəsində dünyaya gəlmişəm. Atam fəhlə, anam işsiz idi. Bacım danışırdı ki, anam məni dünyaya gətirməmək üçün hər şey edirdi. Ağır əşyalar qaldırır, isti vannalar qəbul edirdi. Anam və nənəm rəfiqələri ilə çox planlar qurdular.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, 2 ay tez dünyaya gəldiyini qeyd edib:

"Anamın hamiləliyinin 7 ayı tamam olanda ağrılar başladı. Deyiblər ki, uşaq sağlam doğulmayacaq. Amma dünyaya gəldim. Atam belə xəstəxanaya getməmişdi. Planda olmayan bir övlad kimi mənə ad qoymağı belə düşünməmişdilər. Nənəm təklif edir ki, mənə ad qoysunlar. Bu an divanda yatan böyük bacım yuxulu halda Aygün deyir. Adım olur Aygün".

A.Kazımova vurğulayıb ki, atası onun üzünü dünyaya gəldikdən bir neçə ay sonra görüb: "Bir gün evdə heç kim yox idi. Atam bundan istifadə edərək bələyi açıb və məni görmək istəyib. Atam deyir ki, səni görən günü elə bil ürəyimi yardılar, səni ora qoydular. Çünki mən atamın müharibəyə gedib qayıtmayan qardaşına oxşayırdım. Daha sonra ərköyün bir uşaq oldum."

Xalq artisti bağçada Vitalik adlı uşağa aşiq olduğunu da qeyd edib: "Cəmi bir neçə saatlıq bağçada oldum. Vitalik adlı oğlan tanıdım. Ya o, mənə, ya da mən ona aşiq oldum, dəqiq bilmirəm. Belə çıxdı ki, biz bir-birimizə aşiq olduq. O anasına deyirdi ki, mən Aygünü sevirəm".

Bundan başqa, müğənni kiçik yaşlarında torpaq yeməkdən xoşu gəldiyini qeyd edib: "Balaca vaxtı mənim torpaq yeməyim böyük problemə çevrilmişdi. Yəqin ki, hansısa vitaminim çatışmırdı. Bundan başqa, evə qonaq gələndə çox sevinirdim. Ayaqqabı qoyulan yerə gizlənirdim. Bizə gələnlərin ayaqqabılarının altındakı torpağı yeyirdim. Yağış yağanda daha çox sevinirdim ki, ayaqqabılar daha çox palçıqlı olur".
Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2198   Tarix: 17 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Səbri daşıran bir damla olur, instaqramda bir-birimizi izləmirik..." - Ülviyyə

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Murad İsmayılla boşanmalar

20.04.2024 757
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 473
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 477
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20.04.2024 1030
.

Almaxanım görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda yeni fotosunu izləyicilər

21.04.2024 11342
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 954
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 767
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 876
.

Mələkxanım Eyubovanın qızının toyundan - Video

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. Axşam.az xəbər verir ki, xanəndənin övladı müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində qeyd olunur. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bir müddət əvvə

22.04.2024 919