İtin qabağına atılan 2 yaşlı Lalənin ailəsi haqda ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTOLAR

İtin qabağına atılan 2 yaşlı Lalənin ailəsi haqda ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən 2 yaşlı Lalə ailəsi tərəfindən itin qarşısına atılıb.

BiG.AZ xəbər verir ki, həmin uşağın ailəsi haqqında bəzi məlumatlar ortaya çıxıb.

Bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişində məlumat verilib.

Belə ki, Lalənin anasının ruhi xəstə olduğu bəlli olub.

Bu barədə verilişə çıxan Lalənin nənəsi məlumat verib: “Gəlinim Nailə Məmmədova ruhi xəstədir. Laləyə mən baxıram. O, başından travma alıb. Qardaşı uşaq vaxtı onun başından zərbə ilə vurub. Hazırda gəlnim və oğlum Bərdədədir. Oğlumun 8 uşağı var. Biz mağazaya çörək və pampers almağa getmişdik. Gəlib gördük ki, Lalə oğurlanıb. Laləni oğurlayanın Əminə adlı qadın olduğu deyilir”.

Canlı efirə bağlanana tamaşaçılar Lalənin və digər uşaqların Sabunçu rayonunda, Koroğlu və Neftçilər metrosu ətrafında diləndirdiyini bildiriblər.

Efirə çıxan bibi və nənə uşaqları diləndirdiyinə görə polis bölməsindən aparılıb.

Aysel Yusifqızı
İtin qabağına atılan 2 yaşlı Lalənin ailəsi haqda ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTOLAR
İtin qabağına atılan 2 yaşlı Lalənin ailəsi haqda ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTOLAR
İtin qabağına atılan 2 yaşlı Lalənin ailəsi haqda ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTOLAR
İtin qabağına atılan 2 yaşlı Lalənin ailəsi haqda ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3564 Tarix: 16.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol