Bakıda lift xadimənin başına düşdü - Qəza ilə bağlı həbslər başladı

Bakıda lift xadimənin başına düşdü - Qəza ilə bağlı həbslər başladıBakıda binanın liftinin qırılması ilə bağlı "Nəsimi 3" MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə verilən təqdimat təmin edilib.

Ş.Əzizov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə Asif Məhərrəmov küçəsi 44 ünvanında, "Göyəzən MTK-nın inşa etdiyi binada baş verib.

Hadisə nəticəsində lift 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızının üzərinə düşüb və nəticədə, qadın hadisə yerində dünyasını dəyişib.

İlkin araşdırma nəticəsində məlum olub ki, lift 2016-cı ildə mənzil mülkiyyətçilərinin müştərək idarə etdiyi "Nəsimi 3" adı ilə qeydiyyata alınmış şirkət tərəfindən quraşdırılan liftin trosları zədələnib.

Lakin "Nəsimi 3" MMC-nin idarə heyətinin sədri Əzizov Soltanəhməd Şota oğlu bu sahə üzrə heç bir peşə bacarığı olmadan, özbaşına, aidiyyəti qurumların mütəxəssislərini dəvət etmədən və texniki təhlükəsizlik qaydalarına riayət etmədən liftin kabinəsini saxlayan trosları dəyişmək üçün lifti 9-cu mərtəbəyə qaldırıb, liftin aşağı düşməsinin qarşısını almaq üçün 10-cu mərtəbədə liftin mühərrikinin şkiflərinin üzərindən üç ədəd trosu sıxac vasitəsilə şkifə sıxıb.

Daha sonra o, 1-ci mərtəbədəki liftin şaxtasına girib liftin troslarına bağlanmış yükləri açıb. MMC rəhbəri müəssisədə xadimə işləyən, Sabirabad rayonunun Dadaşbəyli kəndində anadan olmuş, Biləcəri qəsəbəsində kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Yusifova Mahirə Yusif qızına lift şaxtasının döşəməsini zibillərdən təmizləməyi tapşırıb.

Bundan sonra S.Əzizov liftin mühərrik hissəsinə gələrək şkifə bağladığı trosun boltunu açıb. Bu vaxt liftin kabinəsi 9-cu mərtəbədən yüksək sürətlə aşağı enərək şaxtada təmizlik aparan qadının üzərinə düşüb. Hadisə nəticəsində liftin altında qalan qadının baş və beyni əzilərək dağılıb, nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477