Namiq Aygünlə duetdən imtina etdi - Toyda məcbur oxuyublarmış - VİDEO

Namiq Aygünlə duetdən imtina etdi - Toyda məcbur oxuyublarmış - VİDEOMəşhur meyxana ifaçısı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə duet oxumaqdan imtina edib.

Sentyabrın sonunda toyda duet oxuyarkən videosu yayılan cütlüyün məcburən bir araya gəldiyi iddia edilib.

Belə ki, Rusiyada toyda olan iki məşhura ev sahibi tərəfindən təklif olunur ki, duet oxusunlar. Lakin Kazımova Namiqlə bir səhnəyə çıxmaqdan imtina edir və duet təklifini rədd edir. Belə bir hadisə iki dəfə təkrarlanır.

Daha sonra Aygün Kazımova bir neçə gün bundan əvvəl Rusiya toylarının təşkilatçılarına müraciət edərək Namiqlə duet oxumağa razılıq verdiyini bildirib. Lakin bu dəfə Qaraçuxurlu Aygünlə bir səhnəyə çıxmaqdan imtina edib.

Qafqazinfo məsələ bağlı xalq artisti ilə əlaqə saxlayıb. Sənətçinin mətbuat xidməti mövzu barədə açıqlama verməkdən imtina etsə də. N. Qaraçuxurlu hadisənin təfərrüatını danışıb:

"Sizdə olan məlumatlar demək olar ki, doğrudur. Aylar əvvəl Moskvadan toy olacağı barədə bizə məlumat gəlib və hər iki tərəf avans alıb. Bu ərəfədə daha bir tədbir ortaya çıxır. Mənə zəng edirlər, qarşı tərəfə qonorarın miqdarı öyrənmək üçün müraciət edirəm. Aygün Kazımova duet oxumayacağını deyir. Mənə təəccüblü gəldi, çünki bir neçə həftə sonra biz digər tədbirdə çıxış edəcəkdik, qonorarın da bir qismini almışıq. Belə anladım ki, ikinci tədbirdə də duet oxumayacağıq.

Bu söhbətdə sakit durdum və kənara çəkildim. Bilirdim ki, danışsam, elə çevirəcəkdilər ki, qalmaqalı mən yaratmışam. Yəni, düşündüm ki, oxusa oxuyaram, oxumasa oxumaram. İkinci tədbirə də Sevil-Sevinc Səfərovaları təklif etdim. Toy sahibləri də məmnuniyyətlə razılaşdılar. O gün, bu gündür ki, bizi duet ortağı kimi dəvət edirlər.

Daha sonra bir ay bundan əvvəl Rusiyada toyların təşkilatçıları mənə zəng edir ki, Aygün xanım onlarla əlaqə saxlayıb, duet oxumağa hazır olduğunu bildirib. Mən isə bu dəfə duet oxumaqdan imtina etdim. Təşkilatçılara dedim ki, duet ortağımı başqaları ilə əvəz etmişəm. Aygün xanımla sonuncu dəfə toyda ifa edərkən çəkilən görüntülərimiz yayıldı. Xətrini qırmayacağım bir şəxs dəfələrlə xahiş etdi, mən də "hə" dedim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1117   Tarix: 16 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964