Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır: adı nə olacaq?

Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır: adı nə olacaq?
"Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb”.

BiG.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.

MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: "Əslində, kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub”.

İ.Məmmədov bildirib ki, telekanal ya "ARB Xəbər”, ya da "ARB 24” adı altında fəaliyyət göstərəcək: "Gedib işlərlə tanış olmuşam. Əslində, hər şey tam hazırdır və bu gün də yerüstü yayıma çıxa bilərlər. Yəqin ki, hələ özləri sınaq edirlər”.

O, həmçinin xatırladıb ki, "Türkel TV” MMC yeni ixtisaslamış televeziya kanalının yayımına hazırlıq məqsədi ilə Tovuz rayonundan Bakıya köçən müddətdə peykdə yayım müvəqqəti dayandırılmışdı, lakin indi yayım bərpa olunub.

Qeyd edək ki, MTRŞ "Türkel TV” MMC-ni (ARB 24) ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1283 Tarix: 16.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Tahir011
Tahir011 16.10.2018
Yayım tezliyi