"Qutabın pulunu mən verdim" - Tələbələri ilə gəzməyə çıxan azərbaycanlı deputat - FOTO

"Qutabın pulunu mən verdim" - Tələbələri ilə gəzməyə çıxan azərbaycanlı deputat - FOTO
Milli Məclisin deputatı Aydın Mirzəzadə dərs dediyi tələbələrin qutab pulunu verib.

BiG.AZ-ın sonxeber.az-a istinadən xəbərinə görə, bu barədə deputatın özü "Facebook" səhifəsində məlumat verib.

A.Mirzəzadə Qərb Universitetinin Politologiya fakultəsinin IV kurs tələbələrinə dərsi "İçərişəhər" metro stansiyası yaxınlığında keçdiyini yazıb: " Youmuz İçəri şəhərədir. Dərs davam edir. Dərs dediyim tələbələrlə şair Əliağa Vahidin İçəri şəhərdəki heykəlinin yanında Çindən olan turistlərlə rastlaşdıq. Onlara Çinin tarixi və mədəniyyəti barədə elə müfəssəl danışdıq ki, elə bildilər ki, Çindən gələn bizik, onlar yox".

Millət vəkili tələbələrlə dərsi Qoşa Qala qapısının yanında qutab yeməklə bitirdiklərini qeyd edib: "Oğlanlar özünü qabağa versələr də pulunu mən verdim".

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2858 Tarix: 15.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol