20 minlik ordu hazır vəziyyətə gətirildi: Düşmən DARMADAĞIN EDİLƏCƏK

20 minlik ordu hazır vəziyyətə gətirildi: Düşmən DARMADAĞIN EDİLƏCƏK

Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Ebu Faysal deyib.

Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, - deyə o vurğulayıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1674 Tarix: 15.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 15.10.2018
görəkdə nə olur
zor ))