Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı?

Oynaqları məhv edən xəstəliyin müalicəsi varmı?Deformasiyaedici osteoartroz (DOA) onurğa sütununun və ətraf orqanlarının distrofik dəyişikliyi ilə müşahidə olunan xəstəliyidir. Bu xəstəliyin əsasında oynaq qığırdağının degenerasiyası, yəni tam məhv olması durur.

Oynaq qığırdağının degenerasiyası 60 yaşdan sonra normal fizioloji hal hesab olunur.

Ümümiyyətlə, osteoartroz zamanı pataloji proses tək oynaq qığırdağın əhatə etmir. O, bütün oynağı, həmçinin subxondral, sümük, bağlar, kapsul, sinovial qişa və ətraf əzələləri bürüyür. Son nəticədə oynağın degenerasiyası baş verir.

Bu gün ki gündə qığırdağın dağılmasına gətirib çıxaran pataloji mexanizm oynağın əsas hissəsini təşkil edən zülalın -proteoqlikanların mübadiləsinin pozulması hesab olunur.

BiG.AZ Medicina-a istinadən bildirir ki, qığırdağın normal funksiyasını davamı üçün qığırdaq toxumasında kollagenlər, proteoqlikanlar, qeyri kollaqen qlukoproteinlər və su nisbətinin stabil olması əsas şərtdir.
Bu xəstəliyin əmələ gəlməsinə birbaşa və bilavasitə təsir edən faktorlar vardır:

1. Birbaşa təsir edən faktorlar

a. Genetik faktor

b. Endokrin faktor (məs. klimaksdan sonrakı dövrdə bu xəstəliyə daha tez-tez rast gəlinir)

c. Oynağın daima qeyri-adekvat fiziki yüklənməsi nəticəsində mikrotravmalar zamanı.

2. Bilavasitə təsir edən faktorlar zamanı qığırdağın adi fizioloji yüklənməsi zamanı rezistentliyin aşağı düşməsi nəticəsində əmələ gəlir.

a. Məs. qığırdağın zədəsi

b. Anadangəlmə statikanın pozulması

c. Əzələ bə bağların zəifliyi

d. Əvvələr keçirilmiş artritlər

Kliniki gedişi: xəstəliyin 4 inkişaf mərhələsi var: l, ll, lll və lV ağırlıq dərəcəsinə görə təyin edilir. Osteoartrozlu xəstələr ilkin dövrdə zədələnmiş oynaqlarda olan ağrılardan şikayətlənir. Belə ağrılar əsasən çox hərəkət zamanı artır, dincələrkən keçir.

Xəstəliyin gedişi uzunmüddətlidir, simptomlar əsasən çox yavaş-yavaş artdığı üçün xəstə sanki öz xəstəliyinə adət edir. Ağırlaşmalar əsasən 2 formada müşahidə olunur.

1-ci halda ümümi yorğunluq fonunda toksiki və infeksion təsirlərdən, soyuq temperaturun təsirindən ağrılar tədricən güclənir və oynaqlarda şişkinlik əmələ gəlir.

2-ci halda isə qəflətən oynağın blokadası baş verə bilər, bu zaman qəfləti kəskin ağrılar başlanır və oynaq hərəkəti mümkünsüz olur. Belə halda bir neçə dəqiqə sakit, hərəkətsiz dayandıqda ağrılar tamamilə keçir. Bu vəziyyət zaman-zaman periodik hal alır. Bir müddət sonra həmin oynaqda deformasiya müşahidə olunur.

Klinik forması: DOA əsasən 40-60 yaşlar arasında rast gəlinir.

Klinik formasında görə fərqli olurlar.

1. Bud-çanaq oynaqlarında - koksartroz. Bu forma demək olar ki ən ağır gedişli formadır.

2. Diz oynağında - qonartroz

3. Onurğa sütunu zədələnmələri: fəqərə arası disklərdə (spandilyoz və yaxud osteoxondroz) və sinovial fəqərəarası oynaqlarda (spondilartroz)

4. Distal falanqaarası oynaqlarda

Son illər bel ağrıları ilə diz ağrıları arasında əlaqənin olması barədə çox məlumatlar gəzir. Bu məsələ barədə hətta bir çox məqalələrə də rast gəlmək mümkündür. Hətta aşağı ətraflarda olan artrozların müalicəsi zamanı qədim çin təbabətinə müraciət etdikdə beldə olan bir neçə meredian nöqtələrində qıcıqlandırılması lazım gəlir. Bunlara baxmayaraq bu faktın əksini söyləyənlər daha çoxdur. Ancaq son vaxtlar elmi sürətfə sübut olunmuşdur ki, diz oynağında baş verən degenerativ-distrofik dəyişiklik əsasən vertebrogen mənşəli olur. Alimlər müəyyən ediblər ki, diz oynağındakı artralgiyalar, onurğa beyninin bel nahiyəsinin arxa şaxəsində baş verən irritartiv prosesin nəticəsidir.

Diaqnostika: R-qrafik; Ultrasəs müayinəsi və ya MRT müayinə vasitəsi ilə aparılır.

Müalicəsi:

Bu xəstələrin müalicəsi zamanı indiyədək ağrıkəsici preparatlardan və yaxud hormonal preparatlardan istifadə edilirdi. Bəzən oynaq boşluğunda hormonal preparatların yeridilməsi xəstədə tez bir zamanda ağrıların kəsməsinə, hərəkətin tamamilə bərpa olmasına gətirib çıxarır. Ağrıların bu üsullarla dayandırılması xəstəni aldatmaqdan başqa bir şey deyil. Çünki ağrıların müvvəqəti dayandırılması zamanı xəstə çoxlu hərəkətlər edir və zədəli oynaq qeyri-adekvat yüklənir, nəticədə onsuzda gedən degenerasiya prosesi daha da sürətlənir və sonda tam deformasiya yəni, oynaq kopsulunun tam dağılmasına gətirib çıxarır.

Xəstəliyin ilk mərhələsində oynağın funksiyası pozulmağa başlayarkən, kompensator olaraq sinovial maye artır və oynaq kapsulu şişkinləşir, oynaq ağrıları başlayır. Bəzən ağrıların tez kəsilməsi xatirinə punksiya olunaraq "artıq" sinovial maye çıxarılır və yerinə hormonal preparat yeridilir. Lakin, nəzərə alsaq ki, orqanizmdə artıq heç nə olmur, onda bu əməliyyatın nə qədər "uğurlu" olması guman olunandır. Punksiya əməliyyatı zamanı oynağın müdafiəsinə yönəlmiş sinovial maye çekilir və əvəzinə sadəcə ağrını aradan qaldıran maye yeridilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 920   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497