Hacıbala Abutalıbov: Badamdarda sürüşmə zonasındakı 11 ev söküləcək

Hacıbala Abutalıbov: Badamdarda sürüşmə zonasındakı 11 ev söküləcəkBakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazinin yuxarı hissəsində yerləşən 11 evin sökülməsi vacibdir.

BiG.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

Baş nazirin müavininin sözlərinə görə, ərazidə araşdırma aparmaq məqsədilə Bakıya gələn yaponiyalı mütəxəssislər bu qənaətə gəliblər:

"Yapon mütəxəssislər əraziyə baxış keçirəndən sonra bu qənaətə gəlib. Çünki evlər sökülməlidir ki, ağırlıq müəyyən qədər azalsın. Həmin evlərin hamısı köçürülməlidir, amma indiki mərhələdə yox. Sürüşmədə gərginlik azalandan sonra həmin evlərin köçürülməsinə başlana bilər. İndiki vaxtda ora hər hansı bir müdaxilə qəbuledilməzdir. Biz gözləməliyik ki, gərginlik müəyyən qədər azalsın".

H.Abutalıbov bildirib ki, hazırda ərazidə gərginlik davam edir: "Sürüşmədə hərəkət var. Həmin 11 evin divarlarında 1 saat əvvəl çatlar əmələ gəlib. Yəni hər saat dəyişiklik var. Yapon mütəxəssislər məsləhət bilir ki, bu sahə mütləq geniş öyrənilməlidir. Yəni həmin sürüşmə baş verən 200 metrdən 500 metrə qədər ərazi geniş öyrəniləndən sonra hansısa bir nəticəyə gəlmək olar. Biz ilkin olaraq belə qənaətə gəldik ki, bütün quyuların suları mütləq analiz edilsin. Bunun üçün Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə, "Azərsu" ASC-yə göstəriş vermişik. Analizlər sabaha qədər hazır olacaq və yapon mütəxəssislərə təqdim olunacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 244
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 169
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 1012
.

Azərbaycan XİN: Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyini

17.04.2024 219
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1464
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 653
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 234
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 550
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 250