Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər - MƏHKƏMƏ

Həbib Axundova qarşı ifadə verməyə mənə təzyiq ediblər - MƏHKƏMƏBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda E.İbrahimov ifadə verib.

O deyib ki, zərərçəkmiş Fərman Məmmədovu 2006-cı ildən tanıyır. E.İbrahimovun sözlərinə görə, F.Məmmədov hər şeyi onun özü ilə danışıb. Təqsirləndirilən şəxs iddia edib ki, F.Məmmədov zərərçəkmiş Həbib Axundova şər atır:

"Fərman mənə yalnız faizlə 230 min manat pul verib, ona isə faizlə 434 min manat pul qaytarılıb. Pul alış-verişinin ilk günündən hər şeyi mənimlə özü dəqiqləşdirib. Bir il ərzində bizim aramızda telefon danışıqları olub.

Ancaq gəlib məhkəmədə deyir ki, pulu Həbib Axundova vermişəm. Əgər pulu Həbibə veribsə, mənimlə niyə əlaqə saxlayırdı? Həm məhkəmədə, həm də istintaqda Fərman Məmmədov yalan danışır. Fərman Məmmədov guya mənə verdiyi pulları bəzi hallarda 235 min, qalan hallarda 435 min manat göstərir.

Necə olur ki, adam verdiyi pulu bilmir? Həbibə və başqalarına şər atınca düzün danışsın, suallara cavab versin. Fərman deyir ki, verilən pullar Nazir Mirzəyevin olub, sonra da əlavə edir ki, özünün olub".

Təqsirləndirilən şəxs deyib ki, F.Məmmədov kimə və harada pul verdiyini dəqiq demir:

"Bu da onu göstərir ki, o, yalan danışır. Xahiş edirəm ki, məni bu adamın yalanlarından qoruyun. Mən yenə də deyirəm ki, Fərman Məmmədov Həbib Axundov və Elmira xanımın adını nahaq yerə hallandırır. Şəxsən, Elmira Axundova və Həbib Axundovun qarşısında utanıram. Elmira Axundovadan üzr istəyirəm. Həbibin mənim Fərmanla olan pul alış-verişimdən xəbəri yox idi. Ancaq verilən puldan müəyyən faizi Həbibə çatırdı deyə, o bu işdə maraqlı ola bilərdi".
E.İbrahimov deyib ki, ona zərərçəkmiş Həbib Axundova qarşı ifadə verməsi üçün təzyiq ediblər:

"Məni polis idarəsinə aparanda, orada da mənə dedilər ki, Həbib Axundova qarşı çıx, Fərmandan uzaq dur, təhlükəli adamdır.

Fərman məhkəmə başlayanda mənə dedi ki, səni azı doqquz il cəza gözləyir. Sən çalış, Həbib Axundova qarşı çıx. Mənə o maraqlıdır ki, bu təzyiqlərin mənası nədir".

E.İbrahimov prokurorun sualına cavabında zərərçəkmiş Həbib Axundova borclu olmadığını da qeyd edib:

"Həbibdən alınan pullar geri qaytarılıb".

Sonra zərərçəkmiş Fərman Məmmədov vəsatətlə çıxış edərək, işi ibtidai istintaqda araşdıran müstəntiqin şahid kimi çağırılaraq, dindirilməsini istəyib.

Məhkəmə hazırkı mərhələdə vəsatəti baxılmamış saxlayıb. Məhkəmə iclası oktyabrın 18-dək təxirə salınıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Həbib Axundov deputat Elmira Axundovanın oğludur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 324   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949