Biznesmeni oğurladı, əl-ayağını bağladı və... - Azərbaycanlıdan Rusiyada dəhşətli əməl

Biznesmeni oğurladı, əl-ayağını bağladı və... - Azərbaycanlıdan Rusiyada dəhşətli əməl

Surqut şəhər məhkəməsi Azərbaycan vətəndaşı ilə bağlı qərar çıxarıb.

Oxu.Az “Yuqra” nəşrinə istinadla xəbər verir ki, o, dostları ilə birlikdə yerli biznesmenlərdən birini evi qarşısında oğurlayıb.

İş adamını dəyənəklə vuran şəxslər onu zorla avtomobilə mindirib. Zərərçəkmişin əllərini və ayaqlarını bağlayıblar. Onlar Tümen istiqamətində hərəkətdə olarkən biznesmen infarkt keçirərək ölüb. Cinayətkarlar cəsədi yol kənarına atıblar.

Polis cinayətin iştirakçılarını isti izlərlə aşkar ediblər. Məhkəmənin qərarı ilə onlar yeddi il müddətinə azadlıqdan məhrum edilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 340 Tarix: 15.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol