Ər 41 yaşlı arvadını 70 yaşlı qonşusu ilə tutdu və... Gədəbəydəki olayın şok təfərrüatları

Ər 41 yaşlı arvadını 70 yaşlı qonşusu ilə tutdu və... Gədəbəydəki olayın şok təfərrüatlarıGədəbəy rayonu Qozqaralı kənd sakininin öz həyat yoldaşını baltalaması, qonşusunu isə ağacla döyərək ağır xəsarətlər yetirməsinin bəzi təfərrüatları məlum olub.

BiG.AZ xəbər verir ki, Qozqaralı kənd sakinlərinin A24.Az-a verdikləri məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, hadisəni törədən Əsgərov Əlviz Gülmalı oğlunun həyat yoldaşının 70 yaşlı qonşusu ilə ona xəyanət etdiyi bildirilir:

"Könül qonşu kişi ilə birlikdə Əlvizə xəyanət edirdi. Əlviz də işi ilə əlaqədar olaraq kənddə gec-gec olurdu. Elə bu məsələlərə görə o, işindən ayrıldı və 4 ildir ki, işsizdir. İşdən çıxdı ki, arvadının xəyanət etdiyini gözü ilə görsün. Yəni o, 4 ildir ki, arvadı ilə qonşu kişini güdürdü. İki gün bundan əvvəl onları təkrar olaraq bir yerdə tutub və şübhələri özünü doğruldub. Bundan sonra Əlviz birinci qonşu kişini tutub, aparıb meşəyə və orda ağacla ölümcül döyüb. Daha sonra evə gəlib arvadına da iki dəfə balta ilə xəsarət yetirib. İndi yaralıların hər ikisi Gəncədə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti isə ağırdır. 4 uşaqları var".

Məlumata görə, Əlvizin həyat yoldaşı ilə eşq yaşayan 1949-cu il təvəllüdlü Məmmədov Firuddin Zeynəlabdın oğlu bir neçə dəfə ailə qurub: "Firuddin o qədər ailə həyatı qurub, boşanıb ki, say- hesabını itirmişik. Sonuncu dəfə hardansa cavan bir qız gətirib evlənib. Bu qadından da bir uşağı var".

Qeyd edək ki, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Əlviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyərək ağır xəsarətlər yetirib. Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Əsgərov Əlviz Gülmalı oğlu saxlanılaraq istintaqa cəlb olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1948   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 113
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 462
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 356
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 215
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 202
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25.04.2024 236
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 122
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 86