İlham Əliyev və xanımı Lənkəranda

İlham Əliyev və xanımı Lənkəranda
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gediblər.

BiG.AZ xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 397 Tarix: 15.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol