"Əhməd məni öldürmək, qanımı batırmaq istəyir" - "Emirates Airline" in prezidentinin sabiq arvadı

"Əhməd məni öldürmək, qanımı batırmaq istəyir" - "Emirates Airline" in prezidentinin sabiq arvadıSəudi jurnalist Camal Haşoqqinin itkin düşməsindən, yoxa çıxmasından sonra qorxuram. Onlar hər şeyə, ən qorxulu əməllərə qadirdirlər.

Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Əhməd bin Səid əl Məktumun sabiq arvadı, 41 yaşlı Nivin əl Ğəmal belə deyir.

BiG.AZ milli.az-a istinadən bildirir ki, Əl Ğamalın şeyxlə izdivacından 10 yaşlı oğlu var.

Qadınının dediyinə görə, əl Məktum onu öldürmək istəyir.

BƏƏ-nin "Emirates Airline" aviaşirkətini rəhbəri olan 59 yaşlı şeyxin mətbuat katibi isə iddiaları qətiyyətlə rədd edib.

Səudi jurnalist, rəsmi Ər-Riyadı sərt tənqid etməsi ilə tanınan Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olub. O vaxtdan bəri jurnalist yoxa çıxıb.

41 yaşlı Nivin əl Ğəmal qorxur. Onun sözlərinə görə, Londonun Belqraviya səmtində yerləşən, 4 milyon funt-sterlinq dəyərindəki evinə od vurub yanğın törədənlər də sabiq ərinin adamlarıdır.

"Yanğından bir qədər əvvəl evin yaxınlığında şübhəli davranan 3 naməlum kişi görünüb. Bu adamları sabiq ərimin yolladığına əsla şübhə etmirəm. Evimin dörd mərtəbəsinin hamısı yanıb", - əl Ğamal söyləyib.

Məşhur memar ser Metyu Uaytın layihəsi əsasında tikilmiş ev əvvəllər "Ceyms Bond"un müəllifi Yan Fleminqə məxsus olub.

Sabiq əri Dubay əmirinin əmisi olan əl Ğamal təşvişdədir: "Səudiyyə Ərəbistanı kimsəni hesaba almadan davranır, istədiyi adamı yoxa çıxarır. Birləşmiş Ərəb Əmirlikləri də belədir. Qorxuram ki, növbəti Haşoqqi mən olum".

Şeyx Əhməd bin Səid əl Məktumla Nivin əl Ğəmal 2004-cü ildə Dubayda tanış olublar, 2006-cı ildə ailə qurublar. 2008-ci ildə onların oğulları dünyaya gəlib.

Səid 2008-ci ildə Los-Ancelesdə doğulandan sonra ərlə arvad arasında münaqişələr başlayıb. Şeyx Əhməd oğlunun atasının o olmadığını söyləyib və arvadından ayrı yaşamağa başlayıb. 2008-ci ildə isə o, əmisinin nəvəsi ilə evlənib.

Əl Ğamal məhkəməyə müraciət edərək DNT ekspertizası tələb edib. Ekspertiza Səidin atasının Şeyx Əhməd olduğunu təsdiqləyib.

Məhkəmənin qərarına görə, şeyx Əhməd sabiq arvadına hər ay 15 min funt-sterlinq aliment ödəməli idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 362
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23.04.2024 1322
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 752
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 27
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 408
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 490
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 311
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

23.04.2024 1056
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 538