Deputat: Ermənistanı "ağıllandırmaq" lazımdır

Deputat: Ermənistanı "ağıllandırmaq" lazımdırQarabağ münaqişəsinin yeganə həll yolu hərbi variantdır.

BiG.AZ xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycanın keçmiş hərbi-sənaye kompleksinin rəhbəri, sabiq birinci vitse-premyer, millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkilinin dediyinə görə, artıq münaqişə 31-ci ilini başa vurmaq üzrədir və onun həlli istiqamətində hələlik ümidverici nəsə yoxdur.

V.Əhmədov deyib ki, nə işğalçı və təcavüzkar Ermənistan, nə ATƏT-in Minsk qrupu, nə də həmsədrlər institutu münaqişənin həlində maraqlıdır.

Millət vəkilinin sözlərinə görə, ötən illər ərzində Ermənistan sülh və danışıqlar prosesini istənilən vasitə ilə uzatmağa, əngəlləməyə və pozmağa çalışıb, hər cür təxribat əməllərinə əl atıb.

O bildirib ki, beynəlxalq birlik, münaqişə ilə bağlı dörd məlum qətnamə qəbul edən BMT Təhlükəsizlik Şurası, 20 ildən çoxdur fəaliyyət göstərən Minsk qrupu və həmsədrlər formatı Ermənistanın sülhü, təhlükəsizliyi təhdid edən əməllərini, pozuculuq, təxribatçılıq hərəkətlərini daim görməzdən gəliblər, bir çox hallarda işğalçı ilə işğala məruz qalanı eyniləşdirmək, quru bəyanatlar vermək yolunu tutublar.

"Əgər beynəlxalq birlik, o cümlədən, BMT və onun strukturları, ATƏT və onun təsisatları bu məsələdə indiyə qədər prinsipiallıq nümayiş etdirsəydilər, Ermənistanın əməllərinə ciddi reaksiya verib, onu cəzalandırsaydılar, münaqişə, bəlkə də, çoxdan həllin tapmış, Ermənistan sülhə gəlməyə məcbur olmuşdu.

Amma onlardan heç bir reaksiya, cəzalandırma olmadığı üçün Ermənistanın iştahı daha da artıb, aqressivliyi daha da güclənib. Odur ki, istər Petrosyan olsun, istər Koçaryan olsun, istər Sarkisyan olsun, istər Paşinyan olsun, istərsə də hansısa "yan" olsun, fərqi yoxdur, heç nə dəyişən deyil.

Biri gedəcək, biri gələcək, yenə həmin xətt qalacaq. Ona görə erməniləri və Ermənistanı "ağıllandırmağın", sülhə gətirməyin yeganə yolu hərb variantıdır.

Azərbaycan 2016-cı ilin aprel döyüşlərində, bu ilin yayında Cünnüt əməliyyatında nəyə qadir olduğunu və ola biləcəyini həm işğalçı dövlətə, həm onun açıq-gizli himayədarlarına, həm də bütün dünyaya nümayiş etdirib.

Azərbaycan dövləti və ordusu münaqişəni hərb yol ilə həll etməyə hazır və qadirdir. Özünüz də görürsünüz ki, Azərbaycanda ordu quruculuğuna necə ciddi diqqət yetirilir. Hər il ordunun büdcəsi artırılır.

Yaxınlarda dövlət büdcəsinin müzakirələri başlayır və çox güman ki, hərbi büdcədə yenə artımlar olacaq. Yəni, demək istəyirəm ki, münaqişəni hərb yolu ilə həll etmək üçün hər cür üstünlüklərə və hazırlıqlara malikik. Bəli, heç kim yenidən qan axıdılmasını, övladlarımızın şəhid olmasını istəmir. Hamı, yəni, xalqımız istəyir ki, münaqişə sülh yolu ilə həllini tapsın. Ancaq hər bir məsələnin həddi və sonu var. Ermənistana da bu hədd bildirilməlidir", - deyə V.Əhmədov əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 266   Tarix: 15 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

17:32 120
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 68
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

21:46 0
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 202
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

22:30 0