Bakıda restoran sahibini hədələyərək pul tələb edənlərin məhkəməsi başladı

Bakıda restoran sahibini hədələyərək pul tələb edənlərin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 22-ə təyin edilib.

İttihama görə, E.Mərdanov və E.Hüseynov Bakıda tanışları, restoran sahibi Sədyar Salayevi hədələyərək ondan 15 min manat pul tələb ediblər.

S.Salayev hüquq-mühafizə orqanlarına müracət edib.

Hüquq-mühafizə orqanları əməkdaşları E.Mərdanovla E.Hüseynovu saxlayıb. Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 312 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol