Bakıda qızı 80 yaşlı ağbirçəyi evdən qovdu, xəbəri eşidən böyük bacı... - FOTO

Bakıda qızı 80 yaşlı ağbirçəyi evdən qovdu, xəbəri eşidən böyük bacı... - FOTO

Bakıda ağbirçək qadını qızı evdən qovub.

BAKU.WS xəbər verir ki, küçədə qalan 80 yaşlı Əsgərova Cəmilə polislər tərəfindən "Təmiz Dünya" qadın və uşaq sığınacağına gətirilib.

Qadın əvvəlcə polislərə yaddaşsızlıqdan əziyyət çəkdiyi üçün evinə yolu unutduğunu söyləyib. Hər halda "Təmiz Dünya"nın sədri Mehriban Zeynalova sosial şəbəkədə Əsgərova Cəmilənin fotosunu paylaşaraq ailəsinin tapılması üçün kömək istəmişdi.

Bu gün isə məlum olub ki, polislər tərəfindən sığınacağa gətirilən 80 yaşlı qadın süpürgəçi işləyirmiş. İkinci qızı onu evindən çıxarıb və "hara istəyir sən gedə bilərsən" deyib.

Qadının böyük qızı anasının bacısı tərəfindən küçəyə atıldığından sosial şəbəkədən xəbər tutub. Səhəri gün sığınacağa gələrək anasına sahib çıxıb.

Bakıda qızı 80 yaşlı ağbirçəyi evdən qovdu, xəbəri eşidən böyük bacı... - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1668 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər