Salyanda əməliyyat – Qanunsuz silahlar yığıldı

Salyanda əməliyyat – Qanunsuz silahlar yığıldı

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən BiG.AZ-a məlumat verilib.

Belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rayis Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən ona və sərnişini Hətəm Cəfərova məxsus müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

Bundan başqa, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 224 Tarix: 12.10.2018

Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər