"İşdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar"

"İşdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar"
İşində nöqsanlara yol verdiyinə görə işdən çıxarılmış şəxslər gəlib sonradan vəkillik edirlər, hüquq müdafiəçisi olurlar.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, həmin adamlar özləri qanunu pozurlar, sonra gəlib kiməsə vəkillik edirlər. O bildirib ki, bu cür hallar vəkillik adına ləkədir.

Deputat hesab edir ki, belə şəxslərin vəkilliyə yol tapmasının qarşısını almaq üçün qanunvericiliyə yenidən baxılmalıdır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 241 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol