"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarovanın BiG.AZ-a müsahibəsini təqdim edirik:

-Mehriban xanım, necəsiz? Səhhətiniz necədir?

Səhhətim çox şükür. Hamı necə, mən də elə. Düzdür "Dəmir Leydi" deyiləm. Xəstəliyə tabım yoxdur. Adi bir şey də olsa, çox qorxağam, həssasam. Panik Atakım var üstəlik. Allah heç kimi sağlamlığı ilə imtahana çəkməsin.

- Hazırda "Təhminə və Zaur" serialında Aliyə obrazını canlandırırsız. Necə gedir serial?

Şükür. Mən öz obrazımdan narazı deyiləm. Bildiyim qədər tamaşaçılar da. Hər bir aktrisa istər efir qarşısı olsun, istər səhnə olsun yaradıcılığındaki olan müəyyən bir hissələr var ki, nə oynadığını və tamaşaçıya nəyi çatdırdığını bilməlidir. Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun "Mangurt" tamaşında Naiman ana obrazını canlandırıram. Mən oynadığım o ana obrazının iztirab, həyacanını yaşayıramsa, mənimlə birgə tamaşaçı da o hissləri yaşamalıdır. Tamaşaçını aldatmaq mümkün deyil. Bizim sənət gözəldir, şirindir amma əziyyətli demək çox azdır.

-Qazandığınız maaş maddi ehtiyaclarınızı ödəyirmi?

Xeyr, ödəmir. Akademik Milli Dram Teatrında işləyirəm, maaş alıram. Yeni il şənlikləri, Novruz Bayramı və s. də oynayanda əlavə olaraq qonorar alıram. Şükür. Amma bir aktrisa olaraq ümumi aldığım qonorar, əlbəttə ki, məni qane etmir. Biz cəmiyyət içində olan insanlarıq. Hər kəs bizim ayaqqabımızdan tutmuş saçımızın telinə qədər baxırlar ki, nədi nə deyil. Amma mən komplekssiz insanam, vecimə deyil.

-Mediada Zeynəb Xanlarovanın səhhətinin pisləşməsi haqda xəbərlər yayılmışdı. Onun səhhəti barədə bizə məlumat verə bilərsinizmi?

Mediada çıxan xəbərlər yalandır. Səhhəti yaxşıdır. Allah onu qorusun, Azərbaycanın üzərindən əskik etməsin.
"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

-Zeynəb Xanlarova ilə əlaqələriniz necədir?

Bacımı Zeynəb xanım böyüdüb, məni yox. Məktəb illərində Zeynəb xanımın evində qalmışam. Zeynəb Xanlarova heç vaxt ona ana və ya bibi deməyə qoymayıb. Biz həmişə Zeynəb demişik. İndi təbii ki, Zeynəb xanım deyirəm.

-Azərbaycanda ilk dəfə fahişə roluna siz çəkilmisiniz. Çətin idimi bu rola çəkilmək ?

İndi də versəydilər, yenə oynayardım. O obrazı yaratmaq lazımdır.

-Müsahibələrinizin birində qeyd etmisiz ki, seriallarımızda, Azərbaycanda kişilər və qadınlar qorxa-qorxa sevişirlər. Bəs indiki dövrdə sizə serialda öpüşmə təklifi gəlsə, həmin rola çəkilərsinizmi?

Bəli. Mentalitet deyib, yapışırıq ondan. Mən qorxmuram. Elə bir rol olsa çəkilərdim. Hətta mən rejissorlara deyirəm ki, bəsdir mənə psixoloji rollar verdiniz. Bir dəfə də mənə məhəbbət, eşq belə bir rol verin ki, sevgi - məhəbbət yaşayım efirdə. Əl-ələ tutum, o məni öpsün, mən onu öpüm üzündən. O öpməyi də təbii oynamaq lazımdır. Bizim efirlərdə elə şey yoxdu, ona görə qaçıb gedirik türk seriallarına baxırıq.

-Sizin ürəyinizi fəth edə biləcək kişi hansı xarakterdə olmalıdır? Hazırda həyatınızda kimsə var?

Bu sual cavabsız qalsın.

-Kimisə yenidən sevsəniz, bunu açıq-aşkar hər kəsə etiraf edərsinizmi? Qınaqlardan qorxursunuzmu? Kiminsə məsləhəti ilə yenidən ailə həyatı qurarsınızmı?

Niyə demirəm, nə var ki bunda? Ətraf qınaqlara fikir vermirəm. Mən özüm üçün yaşayıram.

"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

-Özünüzü xoşbəxt qadın hesab edirsinizmi?

Sənət baxımından götürsək xoşbəxtəm. Qoy elə sənətə yeni başlayan mənim qədər uğur qazansın. Ən azından tamaşaçı sevgisini qazansın. Təbii ki, dərinliyə getsək hardasa bir qadın olaraq xoşbəxt olmadığım məqamlar var. Amma mən yenə xoşbəxtəm. Əvvəllər bədbinləşirdim, indi isə yox. Həyatdan ən əsası can sağlığı istəyirəm, qalan hər şey boşdu. Bunu getdikcə dərk etdim. Ola bilər vaxtıykən kimlərəsə paxıllıq etmişəm, qısqanmışam, amma indi yox. İndi heçnə vecimə deyil.

-Əksər qadınlarımız ailə qurmaq üçün xarici vətəndaşları seçir. Sizcə əcnəbidə olub, Azərbaycan kişisində olmayan hansı cəhətlərinə görə?

Yaxşı kişilərimiz çoxdur. Amma bəzi "kişiciklər" var birini alır, heç altı ay keçməmiş boşayıb başqasını alır. Ona görə də yazıq qızlar nə etsin gedib, əcnəbi ilə evlənirlər. Əvvəl qadını alırdılar, ailə qururdular ölən günə kimi onunla idilər. Qıraqda iki-üç xanım saxlasa belə onu heç kim bilmirdi, ailəsini dağıtmırdı. Amma indi yox. Evdə qırğın olur, kişinin əlinə bəhanə düşür, boşanır. Bəzi analar da övladlarını boşanmada dəəstəkləyir. Sənə tapılmayan qız olsun, sənə tapılmayan kişi olsun deyirlər. Həm qadında, həm kişidə səhv var. Mən durub ancaq kişiləri pisləsəm, Azərbaycanın kişiləri cumar üstümə ki, nə oldu hamımız pis olduq?

- Özünüz əcnəbi ilə ailə qurardınız?

Nə bilim. Bu haqda düşünməmişəm. Amma qəti mənfi düşüncəm də yoxdur.

-Müğənni Mətanət Əsədovanın içki məclisindən görüntüləri böyük əks-səda doğurdu. Müğənnini qınayanlar da oldu, ona tərəf çıxanlar da. Münasibətiniz?

Mən Mətanəti çox sevirəm, sənətinə də qiymət verirəm. Kül o kişinin başına ki, bu videonu yayıb. O görüntüləri yaymaqla əlinə nə keçdi ki guya? Gəlib üzr istədi. Eşitdiyimə görə, həmin adamın anası üzr istəyib. Kül başına ki, ananı gətirib üzr istətdirdi. O hərəkəti edən " kişicikdir".

-Ümumiyyətlə, qadının içki içməsinə necə baxırsız ?

Mən özüm içki içmirəm. Amma içən qadınlara da pis baxmıram. Bu o demək deyil ki, küpünə girsin. Yox, qədərində içmək lazımdır.

"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

-Xərçəng xəstəliyindən əziyyət çəkən Tünzalə Əliyeva verilişlərə çıxdı, sevənlərindən, sənət yoldaşlarından evinin ipotekasını bağlamaq üçün kömək istədi. Bu haqda nə deyərdiz?

Əcəb elədi. Mən onu dəstəkləyirəm. Tünzalə xanımı Allah balasına bağışlasın. Balasının xeyir işini görsün. Heç bir anaya balasının qarşısında əriməyi azru etmirəm. Tünzalə çıxdı, rəsmən açıq elan etdi ki, mən bunu balama görə edirəm. Sağ olsun xalqımız, sənət yoldaşlarımız kömək etdilər. Heç kəs kefindən efirə çıxıb kömək istəməz. Bilmək olmaz ki, sabah başımıza nə gələcək.

- Mərhum aktyorumuz, xalq artisti Fuad Poladov da həmin xəstəlikdən əziyyət çəkirdi. Amma efirlərə çıxıb heç kimdən yardım istəmədi. Amma "Toppuş Bacı" efirlərə çıxır, yardım istəyir.

Fuad Poladov özünü sındırmadı. Hətta vəsiyyətini də elədi ki, məni filan yerdə basdırın. O da belə xasiyyətdə insan idi.

-Yenidən hicab bağlamaq fikriniz varmı?

Xeyr mən hicab bağlamamışdım. Allah hamıya gismət eləsin Kəbəyə getməyi. Mənə gismət elədi getdim. Heç kimə icazə vermirəm ki, mənə həci xanım desinlər. Hicabı da həmin vaxtlarda "Maşın şou"da iştirak edirdim geyindim. Hamıya görstərdim ki, hicabı belə bağladım. Sonralar hicab taxmağa qoymadılar. Efirlər də, tamaşalar da mənə qadağa qoyurdular. Zəng edib deyirdilər ki, başın bağlıdırsa gəlmə efirə. Mənə indi icazə versələr işimi, sənətimi, heçnəyimi əlimdən almasalar mən yenə hicab bağlayaram.

-Sözü üzə dediyinə görə çoxmu dost-tanış itirmisiniz?

Yox. Dost olan yandan getmir. Bilirlər ki, Mehriban "dəli"dir (gülür).

- Maşın şou-da bir çox tanınmış sima eləcə də Rəşad Dağlı ilə polemikanız olub. Hazırda şou-biznesdə küsülü olduğunuz məşhurlar varmı?

Eləsi var ki, ordan qalıb hələ küsülülüyümüz. Rəşad Dağlı tanımıram kimdir. Ona hörmətim var idi, verilişdən sonra bitti. Misal üçün Aygün Kazımova ilə harda görüşsək salamlaşmışıq. Aygün xanımla heç bir problemimiz yoxdur.

-Qızınızla bağlı etiraf bir çoxlarını təəccübləndirdi. Bəs qızınız bu xəbərin ölkə mediasında gündəmə gəlməsinə nə reaksiya verdi?

Qızım uşaq vaxtından bilirdi ki, mən əsl anası deyiləm. Amma uşaqlıqdan mənə ana deyir. Heç vaxt gizlətməmişəm ondan bunu. Həyatımın çoxunu qızıma qurban vermişəm. Bəlkə də, qızım olmasaydı Azərbaycanda olmazdım. Qızımın uşaqları var mənə nənə deyirlər. Onları qəbrüstünə aparıram. Bacımın qəbrin göstərib deyirəm ki, sizin əsl nənəniz bax budur. Onlar deyirlər yox-yox, sənsən bizim nənəmiz. Mənimlə nəfəs alırlar.

-İstəyərdinizmi öz uşaqlarınız olsun?

Təbii ki, hər bir qadın ana olmaq istəyər. Elə adam var ki, "şəxsey-vaxsey" gedir, mən yox. Mən elə bilirəm ki, Ayselin (red. - qızı) uşaqları mənim öz uşaqlarımdı. O qədər sevirəm o uşaqları. Ümumiyyətlə körpələrə qarşı çox həssasam.

-Bu yaxınlarda aktrisa Oksana Rəsulova süni mayalanma ilə ana oldu. Süni mayalanma ilə ana olmağa necə baxırsınız?

Oksana canımdı mənim. Zəng edib Oksanaya göz aydınlığı verib, təbrik etmişən. Doğrusu mən bilmirəm Oksana doğurdan da süni mayalanma edib ya yox, onu dəqiq deyə bilmərəm. O haqda ixtiyarım yoxdur danışmağa. Amma mən süni mayalanma ilə yox, ailəm olsaydı istəyərdim. İndi kim dünyaya övlad gətirirsə əcəb edib gətirir. Bunun hansı yolla, necə dünyaya gətirdiyinin fərqi yoxdur. Əsas odur ki, sağ-salamat Oksana övladını qucağına alıb. Allah onun balasını saxlasın. Oksana super qadındlr. Kaş sənətdəkilər onun kimi olsun.

-Mehriban xanım təşəkkür edirik.

Mən də təşşəkkür edirəm. Ələxsus Gülya xanıma təşəkkür edirəm, bu saç-makiyaja görə .

"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

Saç-makiyaj : stilist Gülya Hüseynova

İnstagram gulya__stylist

Əlaqə nömrəsi : 0703475588

Söhbətləşdi:Minirə Qubatova

Fotolar: Kənan Yusifzadə

"Süni mayalanma ilə uşaq dünyaya gətirməzdim" - əməkdar artistlə MÜSAHİBƏ/FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4334 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər