Dalaşdığı ərinin yatmağını gözlədi, qisası AĞIR OLDU - FOTO

Dalaşdığı ərinin yatmağını gözlədi, qisası AĞIR OLDU - FOTO
Türkiyənin Qaziantep rayonunda fabrik işçisi Adəm D. (25) evində yatdığı zaman mübahisə etdiyi arvadı Qamze D. tərəfindən 6 yerindən bıçaqlanıb.

Ağır yaralanan Adəm D. hazırda ölüm-qalım mübarizəsi aparır.

Qanlı olay keçən çərşənbə axşamı qeydə alınıb. İddiaya görə, 3 illik evli olduqları deyilən Qamze və Adəm D. cütlüyü hələlik bilinməyən səbəbdən mübahisə etməyə başlayıblar. Mübahisədən sonra Adəm D. yatmaq üçün otağına keçib. Əri yatdıqdan sonra, Qamze D. mətbəxdən götürdüyü bıçaqla ərini bıçaqlayıb.

Çığırtı səsləri eşidən qonşuların məlumatından sonra hadisə yerinə xeyli sayda polis və təcili yardım maşınları gəlib.

Ərini bıçaqlayan Qamze D. saxlanılıb.
mənbə: milli.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2326 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər