Kadırov Həbibə fəxri ad və avtomobil verdi (VİDEO)

Kadırov Həbibə fəxri ad və avtomobil verdi (VİDEO)
Çeçenistanın lideri Ramzan Kadırov Las-Veqasda yüngül çəkidə UFC çempionu adı uğrunda döyüşdə Konor Makqreqoru məğlub edən Həbib Nurməhəmmədovu qəbul edib.

Kadırov qələbə münasibətilə Nurməhəmmədovu təbrik edib və ona "Qroznı şəhərinin fəxri vətəndaşı" fəxri adını və medalını təqdim edib.

Atası Əbdülmanap Nurməhəmmədov isə "Çeçenistanın əməkdar idman işçisi" fəxri adına layiq görülüb.

Bununla yanaşı Kadırov Həbib avtomobil də hədiyyə edib.

mənbə: qaynarinfo


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2511 Tarix: 12.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol