Tonoyan erməni və rus əsgərlərinə ƏMR VERDİ - Ermənistan Azərbaycana qarşı nələr hazırlayır?

Tonoyan erməni və rus əsgərlərinə ƏMR VERDİ - Ermənistan Azərbaycana qarşı nələr hazırlayır?

Ermənistanın müdafiə naziri David Tonoyan Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının hərbi təlimlərini izləyib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Tonoyan belə hərbi manevrlərin keçirilməsinin vacibliyindən danışıb.

Maraqlıdır ki, təlimlər zamanı Tonoyan əməliyyat komanda qərargahında əyləşib və təlimləri idarə edib. Hərçənd, Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının bütün əməliyyatları – təlim olsa belə - Moskvadan idarə olunur. Vahid qoşun qruplaşmasının hərbi əməliyyata cəlb edilməsi də Rusiya liderinin icazəsi əsasında mümkündür.

Ermənistan mediası Tonoyanın əməliyyatı idarə etməsini gözlənilməz istiqamət adlandırıb.

Erməni şərhçi Hakop Badalyan bunu şərh edib.

“Vahid qoşun qruplaşması Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan istiqamətində vəziyyətə nəzarət edir. Tonoyanın əməliyyata nəzarət etməsi o deməkdir ki, Ermənistan qoşun qruplaşmasını de-yure hərəkətə keçirə bilməsə də, de-fakto hərəkətə keçirə bilər”, - deyə erməni şərhçi iddia edib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1205 Tarix: 11.10.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
zeynalabidin
zeynalabidin 12.10.2018
HAMIDAN UZUR ISDIYIREM TALISLA BU SAAT EN ON CEBELERDEDI ERMENI DI NEDI TANIMIRAM BIZIM HEZI KIMI OGULLARIMIZ VAR DUNYAYA MEYDAN OXUYUBLAR YAXSI MENADA HOTLERE QAN UDURUBLAR HEYVANDAN BETERDILER BU DINSIZ IMANSIZLAR ALLAH SIZLAR AZERBAYCANIN POXUNU YIYE BILMIYECEYSIZ
DINC QALIN SAKINLERINIZ BABALDI