Dayanacaqları kim sındırır? - VİDEO

Dayanacaqları kim sındırır? - VİDEOPaytaxtın bəzi ərazilərinə quraşdırılan dayanacaqlar, dayanılmayacaq vəziyyətə salınıb.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Ailə mədəniyyəti görməyən uşaqlar olar. Normal ailədən çıxsalar belə olmaz".

Hər kəsin mövcud vəziyyətindən gileyləndiyi bu dayanacaqları kimin bu hala gətirdiyini dəqiqliklə bilməsək də, sapı özümüzdən olan baltalar olduğundan əminik.

Şüşələri naməlum şəxslər tərəfindən və hansı məqsədlə qırıldığı məlum olmayan dayanacaqların sayı çox təəssüf ki, hər ötən gün daha da artır.

Elməddin Muradlı - Ekspert: "Konkret bir mövqedən yanaşmaq olmur ki, bu şüşələr niyə sınır, bu dayanacaqlar niyə dağılır. Bəzən də, hardansa yeyib-içməkdən çıxan, toydan çıxan adamlar dayanacaqlarda dayanırlar, sərxoş halda bu hadisələri qəsdən törədirlər".

Şüşələri qırıldığına görə yağışlı və ya küləkli havalarda insanların dayanacağın içində və ya çölündə dayanması bir o qədər də fərq etmir.

Əvvəl yoxluğundan şikayətləndiyimiz, varlığında qədrini bilmədiyimiz bu dayanacaqların quraşdırılması isə o qədər də asan başa gəlmir.

Elməddin Muradlı - Ekspert: "Dayanacaqlar dövlət əmlakı sayılır. Ora quraşdırılan avadanlıqlar hamısı dövlət qeydiyyatındadır. Dövlət tərəfindən ora maliyyə ayrılıb. O xərclər hamısı dövlətin maliyyəsi ilə çəkilir.

Dövlət əmlakına ziyan vurmağa görə isə cinayət məcəlləsində cəza və cərimələr nəzərdə tutulub.

Tahir Əlirzayev – Hüquqşünas: "2000 manatdan 4000 manata qədər cərimə, 2 ilə qədər azadlığın məhdudlaşdırlması, 2 ilədək islah işləri, və ya 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub".

Bəs niyə hələ də dövlət əmlakına qənim kəsilənlər cəzalandırılmır? Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, hazırda dayanacaqların Bakı Şəhər İcra Hakimiyyətindən agentliyə təhvil verilməsi prosesi başa çatmayıb. Ona görə qurum dayanacaqları yararsız hala salanlara qarşı tədbir görmək səlahiyyətində deyil.

Mövcud vəziyyət isə onu göstərir ki, bu işlərə başlamaq üçün hətta gecikmişik. Bu cür hallara yerində müdaxilə etmək lazımdır ki, digərlərinə də ibrət olsun.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 469   Tarix: 11 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 177
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 447
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 232
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 244
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 255
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 280
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 333
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 0