Lənkəranskinin "qardaşı" məşhur müğənni ilə bir arada - VİDEO

Lənkəranskinin "qardaşı" məşhur müğənni ilə bir arada - VİDEO

Rusiyanın məşhur pop ulduzu Olqa Buzova Almaniyada səfərdədir.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, 32 yaşlı müğənni paytaxt Berlində istirahət edir.

Mənbənin əldə etdiyi məlumata görə, Buzova çeçen əsilli “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastamirovun qonağıdır.

Məsələ burasındadır ki, azərbaycanlı mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunan Qastamirov Olqa Buzovanı öz villasında qəbul edib.

Görüntülər də “Şeyx Xəmzət”ə məxsus “ABION Villa Berlin” otelində lentə alınıb. Kadrlardan göründüyü qədəri ilə rusiyalı pop ulduz səhayətindən məmnundur və o gördüyü mənzərə qarşısında təəccübünü gizlətmir.



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4005 Tarix: 10.10.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol