Lexus-dan ilin ən cəsur addımı - Yaponiya brendi yeni ES modelini təqdim etdi

Lexus-dan ilin ən cəsur addımı - Yaponiya brendi yeni ES modelini təqdim etdiCəsur görünüşə hazır olun, çünki Lexus bu dəfə öz iddialarını da qabaqladı: təqdim olunan yeni ES modeli biznes sedan seqmentindəki bütün gözləntiləri aşdı. Komfort, dəbdəbə və eleqantlığına görə həmişə yüksək qiymətləndirilən ES-in yeni modelində bu keyfiyyətlər tamamilə fərqli platformada davam etdirilir: avtomobil gövdəsinin dizaynı indi daha dinamik və cəsarətlidir, idarəetmə komfortu böyük zövq verir.

Lexus ES-in Buta Palace-da keçirilən və məşhur tarzən Şəhriyar İmanovun özünəməxsus ifası ilə açılan rəsmi təqdimat mərasimində Lexus-un yerli təmsilçiləri, jurnalist və Lexus innovasiyaları ilə maraqlanan qonaqlar iştirak etdi. Tədbirdə çıxış edən Toyota Qafqaz şirkətinin prezidenti Mitsuru Konişi ES modelinin Azərbaycanda çox böyük populyarlıq qazandığını bildirdi. "Bizim mühəndis və dizayner heyəti çox çətin məqsəd ilə üzləşib: artıq çox keyfiyyətli olan maşını daha da təkmilləşdirib ideala çatdırmaq. Model üzərində böyük bir iş aparılıb ki, yeni ideyaların tətbiqi həm Azərbaycanda, həm də bütün dünyada müştərilərin məmnuniyyətini qazansın". Bu sözləri deyən Konişi ES modelinin yeni nəslinin yapon dizayn ənənələrinə sadiq qaldığını və bunun bütün Lexus model sırası üçün çox önəmli olduğunu qeyd etdi. Sitat: "Mən əminəm ki, yeni ES müştərilərin bütün arzularını qarşılamağa hazırdır və onların gündəlik həyatının tərkib hissəsi olacaq".

Mərasimin informativ hissəsi musiqi ilə davam etdi. Müğənni Azad Şabanovun çıxışından sonra səhnəyə Rusiyanın məşhur pop qrupu Serebro dəvət olundu. Əyləncəli fasilədən sonra qonaqların böyük səbirsizliklə gözlədiyi və gecənin ən mühüm anı – yeni Lexus ES modelinin rəsmi təqdimat məqamı yetişdi. Özəl hazırlanmış video instalyasiya, rəngarəng işıq və xüsusi səs effektləri altında salona çıxarılan yeni ES elə ilk baxışdan zalda böyük təəssürat oyatdı.
Yeni nəsil Lexus ES rahat və rəvan idarəni təmin edən 3 müxtəlif mühərrik növü ilə təklif olunur: 4 silindrli 2,0 və 2,5 litrlik mühərrik və 302 at gücündə olan 3,5 litrlik V6 mühərriki. ES yeni Global Architecture-K platforması üzərində yaradılıb. Bu da dizaynerlərə həm valehedici görünüşə, həm də zövqlü idarəetməyə malik ES yaratmaq imkanı verib. Yeni tanıdılan F SPORT-un komplektasiyası isə digərlərindən xeyli fərqlidir, belə ki, o, yeni ES-in idman ruhunu vurğulayır, eyni zamanda da maksimum sürüş keyfiyyətini və dəqiq nəzarəti təmin edir. Bütün Lexus modellərinin interyeri həm sürücünü, həm də sərnişinləri rahat və geniş sahə ilə təmin edir. Arxa oturacaqdakı sərnişinlərin komfortu hər zaman ES-in özəl cəhəti olub. Yeddinci nəsil ES genişlik özəlliyini qoruyaraq elə bu mirasa əsaslanır.

Qeyd edək ki, avtomobilin profili şıq kupe stilində işlənib – tavan, kapot və baqajın aşağı relyefli cizgiləri sayəsində ES daha geniş görünür. Təkər sistemi və kapot uzadıldığı üçün axıcı gövdə dizaynı əldə olunub. Salon içində səssizliyin yüksək səviyyəsi, kənar səslərə nəzarət yeni ES modelində daha diqqətlə tənzimlənib. Bütün sərnişinlərə qüsursuz rahatlıq vəd olunur: sıralar arasındakı məsafə artırıldığına görə iç məkan daha komfortludur. Avtomobillə səyahət üstün güvənliklə təmin olunur: ən yeni "Lexus Safety Sistem + " indi piyadaları həm gecə, həm də gündüz aşkar etmək xüsusiyyətinə malikdir.

Yeni ES-in təqdimat mərasimi Lexus ənənəsi ilə bitdi. Avtomobillə yaxından tanış olmaq üçün səbirsizliklə gözləyən qonaqlar səhnəyə dəvət olundu. Dizayn, lüks, komfortlu idarə və innovativ texnologiyada radikal dəyişiklikləri özündə birləşdirən ES şıq görünüşü ilə izləyicilərin böyük rəğbətini qazandı.
Lexus-un yeni modelləri barədə ətraflı məlumat almaq üçün www.lexus.az saytını ziyarət edə bilərsiniz. Əlaqə telefonu: (0 12) 490 50 50

Lexus-dan ilin ən cəsur addımı - Yaponiya brendi yeni ES modelini təqdim etdiLexus-dan ilin ən cəsur addımı - Yaponiya brendi yeni ES modelini təqdim etdiLexus-dan ilin ən cəsur addımı - Yaponiya brendi yeni ES modelini təqdim etdiLexus-dan ilin ən cəsur addımı - Yaponiya brendi yeni ES modelini təqdim etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2550   Tarix: 14 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245